Azərbaycanla Liviya arasında siyasi əlaqələr çox yaxşıdır.
Ednews xəbər verir ki, bunu Prezident İlham Əliyev Liviya Dövləti Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfi ilə görüşü zamanı bildirib.
Prezident İlham Əliyev Azərbaycanla Liviya arasında siyasi əlaqələrin çox yaxşı olduğunu, ikitərəfli münasibətlərimizin inkişafı üçün geniş imkanların mövcudluğunu qeyd edib.