Azərbaycanlılar da Ermənistana qayıdıb burada yaşamalıdırlar Erməni aktivist İşxan Verdyanla ÖZƏL MÜSAHİBƏ

Siyasət 12:05 07.03.2023
  
“Ermənistanla Azərbaycan arasında sülhə, ilk növbədə, insanların tam qarşılıqlı anlaşılmazlığı və bir-biri haqqında yanlış fikirləri mane olur”.
 
Bunu Ednews-a özəl açıqlaması zamanı erməni aktivist və bloqer, sülhməramlı təşəbbüsləri ilə gündəm yaradan İşxan Verdyan deyib.
 
Aktivistin fikrincə, arxalarında ağır miras yükü olan xalqlar düşmənçilik paradiqmasında qalmaqda davam edir və hər şeyin dəyişdiyini anlamaq istəmirlər:
 
“Təbii ki, bunda Ermənistanda müşahidə etdiyim total təbliğat böyük rol oynayır: mən dolayısı ilə Azərbaycanda bu işin necə olduğunu bilirəm və birmənalı açıqlamalar verməyi öhdəmə götürmürəm. Təbliğat daim köhnə yaraları qanadır və onların sağalmasına imkan vermir, bunun nəticəsində ermənilər arasında azərbaycanlılar haqqında təsəvvürlər dəyişmir, daha da pisləşir. Bu xəstəliyin dərmanı təbliğatın yalanını düzəldə bilən və hər şeyin əsl mahiyyətini aça bilən insanlar arasında açıq, dürüst təmaslar ola bilər. Əslində, deyə bildiyim qədər, hər iki xalqın çoxlu ortaq cəhətləri var və onlara sərbəst ünsiyyət qurmaq  imkanı verilsə, bir çox çətin məsələlər öz-özlüyündə həll olunacaq və hətta əlavə heç bir səy tələb etməyəcək”.
 
İ. Verdyanın fikrincə, Azərbaycanla Ermənistan arasındakı sülhə mane olan və  münaqişənin qorunub saxlanmasında kənar oyunçuların maraqları böyük rol oynayır.
 
“Onların regiona mənfi təsirini inkar etmək sadəcə olaraq mümkün deyil. Çox vaxt lazımi təbliğat fonunu təmin edən bu oyunçuların təsir agentləri olur, lakin insanlara təbliğat filtrlərindən yan keçərək bir-biri ilə birbaşa ünsiyyətə icazə verilsə, hər şeyi dəyişdirmək olar”.
Onun sözlərinə görə, ölkələr arasında sülhün imzalanması Azərbaycan və Ermənistanda xarici mənfi təsirlərdən qorunacaq güclü siyasi və iqtisadi aqlomerasiya yarada bilər.
 
“Nəzərə alsaq ki, regionda sabit inkişaf üçün hər cür şərait var, o zaman, mənim fikrimcə, sonda biz Skandinaviya ölkələrində mövcud olan sistemə bənzər sosial-iqtisadi sistem əldə edə bilərik”.
 
Erməni bloqer gec-tez tərəflərin ümumi gələcəyə baxış formalaşdıracağına və yeganə düzgün yolla - sülh yolu ilə irəliləyəcəyinə inanır. Aktivist sərhəddə baş verən təxribatlardan da danışıb. O, bu işdə əsasən kənar qüvvələri günahlandırıb.
 
“Mənim müşahidələrim göstərir ki, hansısa beynəlxalq platformada görünən nəticələr əldə edildikdən dərhal sonra, sülhün yaxınlaşdığı görünəndə sərhəddə hadisələr baş verir. Ermənistan baş naziri Nikol Paşinyanın əhval-ruhiyyəsinə və bəyanatlarına əsasən, bu, hər dəfə Rusiya tərəfinin hansısa təsirdən istifadə etməsindən sonra baş verir. Baş nazirin Rusiya Federasiyasına əlamətdar səfərlərindən əvvəl və sonra ritorikasına diqqət etsəniz, bunu asanlıqla görmək olar: Paşinyan Moskvaya bir cür mətnlə səfər edir, başqa cür mətnlə isə geri qayıdır – o qədər ziddiyyətlidir ki, hətta bu Ermənistandakı ermənilərin də diqqətini çəkir. Təbii ki, Rusiya regionda əsas oyunçu olaraq qalır, Ermənistanın timsalında isə münaqişə ölkə üçün acınacaqlı sosial nəticələrlə doludur. Beləliklə, Nikol Paşinyanın manevr imkanları çox azdır və hər dəfə öz hərəkətlərini Rusiyanın iradəsi ilə yoxlamalı olur. Yəqin ki, bu, Azərbaycanla əldə olunan razılaşmalarla ziddiyyətlərə gətirib çıxarır ki, bu da daim gərginləşmə mənbəyi kimi çıxış edir”.
Aktivist Qarabağda birgə yaşayışdan da söz açıb, o, qeyd edib ki, zamanla bu problemin həll olunacağına ümid edir.
 
“Bəli, bizim otuz ildir barışmaz münaqişəmiz var, ondan əvvəl isə bizim bir neçə əsrlik birgə yaşayışımız olub. Üstəlik, bizdə ermənilərlə azərbaycanlıların dünyanın hər yerində bir yerdə yaşama faktları da var. Rusiya, Gürcüstan, Ukrayna, Türkiyə, İran, bir çox başqa dövlətlər - bu gün xalqlarımızın yan-yana dinc yaşamasına dair çoxlu sayda nümunələr var və heç bir şey onların gözəl münasibətlərə sahib olmasına mane olmur, hətta daxili münaqişəyə belə qarışmırlar. Bu mənə ümid verir ki, gələcəkdə xalqlar təkcə Qarabağda-Azərbaycanda deyil, Ermənistanda da dinc yaşaya biləcəklər. İnanıram ki, Ermənistanı tərk etmiş azərbaycanlılar da öz doğma yurdlarına qayıtmaq, əcdadlarının yaşadığı yerdə yaşamaq imkanı əldə edəcəklər. Düzdür, bunun üçün ağır və əziyyətli iş aparılmalıdır, lakin bu gözəl məqsədə çatmaq üçün məncə, cəhd etməyə dəyər”.
 
Sonda İ.Verdyan bildirib ki, Ermənistanda cəmiyyət münaqişənin tezliklə başa çatmasından istəyir  və Qarabağ ermənilərinin Azərbaycanın yurisdiksiyasında yaşaması ideyasına kifayət qədər müsbət yanaşırlar.
“ Düzdür, otuz il dəmlənmiş sıyığı ayırmaq asan olmayacaq, amma bunu etmək lazımdır. Yaradıcı bir yanaşma nümayiş etdirsəniz, çətin sualları həll etmək daha asan olacaq. Bir az səy göstərilsə, düşünürəm ki, bir ildən sonra dəyişikliklər başlayacaq. Hər şey tərəflərin prosesə necə cəlb olunacağından və öz qarşılarına hansı prioritetləri qoyacağından asılıdır.”
 
Ülviyyə Şahin
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə start veriblər
16:40 19.05.2024
Ağsu dolaylarında asfalt çöküb, hər iki istiqamətdə yol bağlanıb
16:20 19.05.2024
İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
16:00 19.05.2024
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:40 19.05.2024
Türkiyə MN: Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib
15:20 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
15:00 19.05.2024
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
14:40 19.05.2024
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
14:20 19.05.2024
Dövlət başçısı: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir
14:00 19.05.2024
Prezident: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir
13:50 19.05.2024
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
13:40 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir
13:20 19.05.2024
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
13:00 19.05.2024
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
12:40 19.05.2024
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
12:20 19.05.2024
Kralın sərvəti Kraliça Elizabeti keçdi
Kralın sərvəti Kraliça Elizabeti keçdi
12:00 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
11:20 19.05.2024
Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
11:00 19.05.2024
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
10:40 19.05.2024
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Hamısı