Ərdoğanın Nobel sülh mükafatına namizədliyini o da TƏKLİF ETDİ - ednews.net

26 Mart,

(+994 50) 229-39-11

Ərdoğanın Nobel sülh mükafatına namizədliyini o da TƏKLİF ETDİ

Siyasət A- A A+
Türkmənistan Xalq Məsləhətinin sədri, ölkənin sabiq Prezidenti Qurbanqulu Berdiməhəmmədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel sülh mükafatına namizədliyinin irəli sürülməsini təklif edib.
 
Ednews  xəbər verir ki, siyasətçi bu təkliflə Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxış edib.
 
Berdiməhəmmədov deyib ki, artıq 22 ildir görkəmli şəxsiyyət və dünyamiqyaslı siyasi xadim Ərdoğanla yaxından tanışdır.
 
Onun fikrincə, Türkiyə Prezidenti tək öz xalqı üçün deyil, həm də bütün müsəlman xalqlarının sülh şəraitində yaşaması üçün böyük işlər görür.
 
“Bundan irəli gələrək Türkiyə Respublikası Prezidentinin Nobel sülh mükafatına namizədliyinin irəli sürülməsi təklif olunur. Biz hamımız bütün müvafiq qərarları tam dəstəkləyirik. O bu beynəlxalq mükafata layiq rəhbərdir”, - Türkmənistanın eks-rəhbəri deyib.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...