Ayxan Hacızadə: “Azərbaycan səfiri Niderland XİN-ə çağırılmayıb” - ednews.net

4 İyun,

(+994 50) 229-39-11

Ayxan Hacızadə: “Azərbaycan səfiri Niderland XİN-ə çağırılmayıb”

Siyasət A- A A+

"Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Niderland XİN-ə çağırılmayıb". Ednews xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə yerli medianın sualını cavablandırarkən deyib. Belə ki, 23 mart 2023-cü il tarixində Ermənistan mətbuatında yayılmış iddiaya əsasən Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və guya Azərbaycanın Laçın yolu ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin qərarının yerinə yetirilmədiyinin xatırlandığı bildirilib. Bu xəbəri necə şərh edərdiniz sualına cavabında A.Hacızadə deyib: “Ermənistan mətbuatının yaydığı bu xəbər Ermənistan tərəfinin növbəti yalan və manipulyasiyasıdır, həqiqəti əks etdirmir. Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Niderland XİN-ə çağırılmayıb. Səfirin XİN-də sonuncu dəfə öz təşəbbüsü ilə görüşü 15 mart tarixində olub”.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...