“Rusiya sülhməramlılarının Azərbaycan ərazisində mövcudluğuna son qoyulmalıdır” Politoloqdan ŞƏRH

Siyasət 12:36 25.03.2023

Son günlər Ermənistanla Azərbaycan arasında gərginlik artır, atəşkəs pozulur. Martın 24-ü axşam saatlarında Ordumuzun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri bir neçə dəfə atəşə tutulub. Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də atəşə məruz qalıb.

Sülhməramlılar olduqca sülh müqaviləsi nə qədər realdır?

Bu barədə Ednews-a politoloq Elçin Mirzəbəyli şərh bildirib. Onun sözlərinə görə Ermənistan tərəfindən sərhəd bölgəsində atəşkəsin tez-tez pozulması, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına daxil olan Azərbaycan ərazilərində qanunsyz silahlı qrupların davamlı təxribatlara əl atması bir neçə aspektdən şərh oluna bilər:

“Ermənistan Azərbaycanla sərhəd bölgəsində yerəşən Avropa İttifaqının yarımülki missiyasının sayının artırmağa və getdikcə prosesə xarici hərbi kontingentin cəlb edilməsi üçün zəmin yaratmağa, növbəti mərhələdə isə eyni prosesi Azərbaycan ərazlərinə - Qarabağa daşımağa çalışır. Rusiya sülhməramlılarının təxribatlara imkan yaratması isə belə bir ehtimal ortaya çıxarır: Ola bilsin ki, parodoksal görünsə də Kreml Qərbin diqqətini Ukraynadakı müharibədən yayındırmaq, qüvvələri parçalamaq, Qərbə qarşı koalisiya formalaşdırmaq və hazırda neytrallıqlarını qorumağa çalışan MDB ölkələrini bu prosesə mümkün qədər cəlb etmək üçün bölgədənkənar qüvvələri lokal müstəvidə olsa da belə regiona cəlb etmək istəyir. Şübhəsiz ki, bu, kifayət qədər riskli bir ehtimaldır, amma Rusiya sülhməramlılarının davranışları bu ehtimalın da real ola biləcəyini istisna etmir. 

Politoloq əlavə etdi ki, əks təqdirdə, belə bir sual ortaya çıxır: Moskva hansı səbəblərdən separatçıları himayə edir və təxribatların qarşısını almır, gizli yollarla qanunsuz hərbi birləşmələrin silah-sursatla və canlı qüvvə ilə təmin olunmasına imkan yaradır, Aİ missiyasının bölgəyə müdaxiləsinə göz yumur və buna qarşı heç bir real tədbirə əl atmır?  

“Göründüyü kimi Moskvanın davranışları Rusiyanın Azərbaycanla Ermənistan arasında 44 günlük müharibənin nəticələrinə uyğun olaraq, sülh müqaviləsi imzalanmasına xidmət etmir, əksinə qarşıdurmaya zəmin yaradır. Bu isə onu deməyə əsas verir ki, hazırda Rusiya bölgədə sabitliyin bərpasına maneə yaradan əsas qütbdür. Çünki Rusiyadan olan sülhməramlıların məsuliyyət zonasına daxil olan Azərbaycan ərazilərində baş verən təxribatların qarşısını almaq imkanı olduğu halda, bu istiqamətdə nəinki heç bir addım atmır, əksinə təxribatların genişlənməsi üçün separatçılara dəstək verir. Bu baxımdan, həm Rusiyanın, həm də Ermənistanın davranışları onu deməyə əsas verir ki, 10 noyabr 2020-ci il bəyanatı de-fakto qüvvədən düşüb və Rusiya sülhməramlılarının Azərbaycan ərazisində mövcudluğuna son qoyulmalıdır”.

Oğuz 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
11:53 05.07.2025
Azərbaycana qarşı döyüşmüş separatçı Ermənistanda saxlanıldı
11:38 05.07.2025
Kür çayında gənc oğlan boğulub
11:23 05.07.2025
Hamısı