Azərbaycanlılar hazırda mühüm yola nəzarət edirlər - Erməni deputat - ednews.net

8 İyun, Cümə axşamı

(+994 50) 229-39-11

Azərbaycanlılar hazırda mühüm yola nəzarət edirlər - Erməni deputat

Siyasət A- A A+
“Azərbaycanlılar nə qədər lazım idisə, o qədər də irəli gediblər. Bu istiqamətdə daha da irəliləməyə xüsusi ehtiyac yoxdur”. 
 
Ednews xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Mənim şərəfim” fraksiyasından olan deputat Tiqran Abramyan özünün “Facebook” səhifəsində qeyd edib.
 
“Azərbaycan bölmələri irəlilədi və Xankəndi-Kosalar-Mirzələr-Turşsu  torpaq yolunun mühüm qovşaqlarından birinə nəzarət etdi.
 
Hazırda onlar istehkam işləri aparırlar. Digər məsələ ikinci dərəcəlidir.
 
Son 2,5 ildə Azərbaycan ordusu irəliləyib və bir dəfə də geri çəkilməyib.
 
Belə çətin vəziyyət yenə davam edəcək, çünki Azərbaycanla qarşıdurma üçün ciddi uzunmüddətli strategiya yoxdur”, - deyə deputat yazıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...