İranda molla rejiminin sonu yaxınlaşır... Güneyli politloqlar ŞƏRH EDİR

Siyasət 15:30 28.03.2023

Son vaxtlar İranda aksiyalar yenidən aktivləşib. Qadınlar hicablarını çıxarır, insanların sosial vəziyyəti acınacaqlı olduğundan etirazlar səngimir. İranda etiraz aksiyaları səngiyəndən sonra sərt şəriyət qaydalarının tətbiqi və vətəndaşların şəxsi həyat tərzlərinə qarşı müdaxilələr artıb.

Son bir neçə gün ərzində İranın müxtəlif bölgələrində onlarla iş yeri və ticarət mərkəzi məcburi hicab qaydalarına riayət edilmədiyi, oruc tutulmadığı və musiqi yaydıqları üçün qapadılıb.

Həmçinin onu da qeyd edək ki, Tehran Azərbaycanın müstəqilliyindən sonra mütəmadi olaraq ölkəmiz əleyhinə qara piar aparır. Təəssüflər olsun ki, bu məsələdə insanların dini inanclarında istifadə edilir, daha çox islam şiəliyi deyil, Xomeynilik təbliğ olunur.

Güneyli soydaşımız, hazırda Finlandiyada yaşayan siyasi şərhçi Çingiz Göytürk mövzu ilə bağlı Ednews-a danışıb. Onun sözlərinə görə bir sıra hegemon Qərb dövlətləri İranda yaşayan xalqların istək və iradələrinə qarşı fars irticasının bir digər nümayəndəsi olan və başda Azərbaycan türkləri olmaqla xalqlar içərisində heç bir nüfuza malik olmayan Rza Pəhləvini şişirdərək proseslərin önünə atmaqla molla rejiminin dərin bir nəfəs almasına şərait yaratdılar. 

“Proseslər küçə nümayişlərindən daha çox fərqli platformalara daşınıb. O platformalarda davam etməkdədir. Bu hadisələr başlayandan bəri burada yalnız bir cərəyan deyil, 3 fərqli cərəyanın paralel hərəkət etdiyini ifadə etmişdik.

Bunlardan ilki qadın haqq və azadlıqları ilə bağlı cərəyan idi. Bu sahədə rejimə qarşı dirəniş olduğu kimi davam etməkdədir. Heç bir səngimədən söhbət gedə bilməz. Hətta bu sahədə əldə olunan böyük uğurlardan da danışmaq mümkündür. Bu gün İran küçələrində məcburi hicabdan imtina edən qadınların nə qədər çox olduğunu hamımız görürük.

İkincisi İranda yaşayan qeyri-fars millətlərin hərəkatları idi. Bu sahədə rejimin sərt və repressiv siyasəti nəticəsində qismən səngimə müşahidə olunsa da, proseslər dayandırıla bilməmiş və inkişaf edərək davam etməkdədir. Bəllucların, əhvaz ərəblərinin, kürdlərin və ən önəmlisi Azərbaycan türklərinin yaşadığı bölgələrdə milli hərəkatlar öz inkişaf sürəsini yaşamaqdadır.

Üçüncüsü isə rejim dəyişikliyi uğrunda mübarizə idi. İran deyilən ölkədə yaşayan qeyri-fars millətlərin apardığı bu mübarizənin səngidiyini daha bariz müşahidə edirik. Burada rejimin edamlar başda olmaqla, qatı repressiv tədbirləri ilə yanaşı bir sıra digər önəmli səbəbləri də gözardı etmək mümkün deyil. Bu proseslərin ən önəmli nöqsanının rejim dəyişikliyi sonrası üçün alternatilərin şəffaf və konkret çizgilərlə müəyyləşdirilməməsi olduğunu vurğulamışdıq”.

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, siyasi şərhçi Əhməd Obalı isə açıqlamasında bildirdi ki, İran fars dövlətidir və Tehran rejimi daim Şimali Azərbaycanın güclənməsindən qorxub. 

Əhməd Obalı vurğulayıb ki, Güney Azərbaycan azad olunana qədər bu düşmənçilik davam edəcək. İran regionda əvvəlki yerinə qayıda bilmir. Digər tərəfdən, İranın daxilində iqtisadi-siyasi və sosial sahələrdə böyük bir böhran var və onunla mübarizə apara bilmir. İran bütün bu böhranlardan fikirləri müvəqqəti də olsa başqa bir yerə çəkməyə çalışır.

“Güneylilər olaraq bu qərara gəlmişik ki, bütün hüquqlarımızı bərpa etmək istəyiriksə, dövlətimizi, Güney Azərbaycanı qurmalıyıq. Bununla da böyük bir dərdi başımızdan uzaqlaşdıracağıq. Həm Quzeydə, həm Güneydə birləşməyə doğru addım ata bilərik. Bundan sonra İran dövləti Ermənistanı bizim üstümüzə qısqırda bilməyəcək. Bu baxımında keçirilən repressiyaların cavabında Güney azərbaycanlılar daha da aktivləşiblər. Milli dövlətçiliyimizin qurulması yolunda hədəfimizi düzgün qoymuşuq. Biz İran çərçivəsində hər hansı hüquqa inanmırıq və bizim hüquqlarımız verilməyəcək. Qanunda yazılsa belə icra olunmayacaq. Dəfələrlə biz buna şahid olmuşuq”.

Oğuz

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı