Xəbər verdiyimiz kimi, bu gün, 31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.
Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Ednews-a danışan Türkdilli Ölkələrin Beynəlxalq Jurnalistlər Dərnəyinin sədri Güngör Yavuz bildirib ki, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü yeni nəsilə yaxşı çatırılmalıdır.
“31 Mart Azərbaycan Soyqırım Günü olaraq anılır. Bunun səbəbi 1917-ci ildən sonra bolşevik rejimdən sonra onların ermənilərlə birgə Azərbaycan topraqlarına hücumlarıdır. Bunun nəticəsində də bir çox Azərbaycan türkü Erməni və bolşeviklər tərəfindən qətliama məruz qaldılar. Nuru Paşa 1918-ci ilin martın 25-də Mosula, oradan isə Gəncəyə gəlib Qafqaz İslam Ordusunu yaratmağa başladı. Daha sona Bakıya gələrək həm erməni, həm də Rusiyanın işğalını sonlandırdı. Unudulan qətliam təkrarlanar. Bunun üçün qətlimaların yeni nəsilə yaxşı ötürülməsi vacibdir”.
Oğuz