“İranın dinlə, imanla heç bir əlaqəsi yoxdur” Güneyli politoloqdan SƏRT SÖZLƏR

Siyasət 15:01 05.04.2023

İranda etiraz aksiyaları səngimək bilmir. Budəfəki aksiyalara təkanı sosial problemlər verib. Xuzistan əyalətinin təqaüdçüləri yaşayış şəraitinin pis olmasına və Ali Əmək Şurasının qərarına etiraz əlaməti olaraq toplaşaraq, “Təqaüdçünün soyuducusu, əvvəlkindən daha boş”, “Dünənin döyüşçüləri, bu günün acları” şüarlarını səsləndiriblər.

Ötən ilin sentyabrında İranda başlayan etiraz aksiyaları hələ də davam edir. Bu aksiyalarda səsləndirilən şüarlar daha da kəskinləşir. Qərbi və Şərqi Azərbaycan, Kürdüstan, Mazandaran, Xuzistan və bir sıra əyalətlərdə yenidən etiraz aksiyaları keçirilib. İran Azərbaycan adlanan vilayətlərinin şəhərlərində gənc fəallar tərəfindən Azərbaycan bayrağı müxtəlif yerlərdən asılıb. Əgər əvvəllər aksiya iştirakçıları sadəcə olaraq “Diktatora ölüm!” şüarı səsləndirirdilərsə, bu gün artıq “Xameneiyə ölüm!”, “Uşaq öldürən hökumətə ölüm!”, “Qadın, Həyat, Azadlıq!” kimi radikal xarakter daşıyan şüarlar səsləndirirlər.

Finlandiyada yaşayan Güney Azərbaycandan olan siyasi şərhçi Çingiz Göytürk Ednews-a açıqlamasında bildirib ki, İrandakı rejimin hakimiyyətdə olduğu 43 il ərzində hansısa problemin həllinə yönəlik siyasət apardığını söyləmək mümkün deyil. 

“Xalqın səsləndirdiyi istənilən problemə, tələbə, istəyə sadəcə şiddət tətbiq edərək, cinayətlər törədərək, edamlarla, işgəncələrlə, həbslərlə cavab verib. Yəni bu rejim hansısa kiçik və ya böyük problemin həlli məqsədilə siyasət həyata keçirməkdə tamamilə acizdir. 43 il ərzində bütün mərhələlərdə bunu açıq şəkildə sübut edib. İran cəmiyyətində heç bir azadlıq yoxdur, insanlar ehtiyac içərisindədir, işsizlik baş alıb gedir, diktaturadan o qədər beziblər ki, heç bir halda bu mühitdə yaşamaq istəmirlər. Artıq İslam Respublikası rejimi qocalıb, dişləri əvvəlki tək kəsmir. İkincisi, insanlar artıq rejimdən qorxmurlar. Proseslərin molla rejiminin dəyişikliyi ilə nəticələnməsi labüddür. Rejim prosesləri dayandıra bilmir. Aksiya iştirakçıları sosial tələblərdən tamamən siyasi tələblərə keçib, insanlar yalnız bu rejimin getməsindən sonra bəlli bir məqsədlərinə çatacaqlarına əmindirlər. Rejim dəyişikliyi başlıca istəkdir. Ona görə də düşünürəm ki, molla rejimi bu mərhələdən sonra artıq davam gətirə bilməyəcək”.

Siyasi şərhçi həmçinin qeyd edib ki, İran adı altında fəaliyyət göstərən fars dövlətçiliyi mahiyyət etibarilə şovinist və milliyyətçi bir dövlətdir. Bunun ideologiyası paniranizm əsasında formalaşıb. Bu, İranda yaşayan qeyri-fars millətləri yox sayaraq fars kimliyi təməlində vahid İran kimliyi, İran milləti formalaşdırmağı nəzərdə tutur. Pəhləvi dönəmində qatı fars millətçiliyi anlayışı ilə həyata keçirdikləri bu şovinist siyasəti artıq həmin şəkildə gerçəkləşdirə bilməyəcəklərini başa düşdüklərinə görə fars millətçi dairələri şovinist və rasist anlayışlarını başqa bir örtük altında tətbiq etməyə başladılar. 

“Bu da İran İslam Respublikası idi. Yəni İran İslam Respublikası dediyimiz dövlətin əslində dinlə, imanla, mənəviyyatla heç bir əlaqəsi yoxdur. Bu dövlət məhz İslam ölkələrində müsəlmanlara qarşı cinayətlər, terror aktları törədib, ölkələrdə hərc-mərclik, iğtişaşlar yaradıb. Antibəşəri davranışlara, insanların ölümünə görə məsuliyyət daşıyan bu dövlət bütün cinayətkar əməllərini İslam adı altında edib. Həmin İslam dövlətinin bu gün sadəcə Ermənistanla yaxşı münasibətləri var, bu əslində onun mahiyyətini çox açıq şəkildə ortaya qoyur. Bu dövlətdə hər hansı bir köklü dəyişikliyin, inqilabın gerçəkləşməsi məhz şovinist və rasist mahiyyətin, paniranizmin ortadan qaldırılması ilə mümkün olacaqdır. Onların bəşəri, çağdaş dəyərlərə söykənən plan və layihələri yoxdur. Pəhləvidən başlayan, İslam Respublikası adı altında davam edən bu rejim rasist və şovinst mahiyyəti aparmaqda israrlı olduğunu açıq şəkildə ortaya qoyub. Ona görə də qeyri-fars millətlər öz milli hərəkatlarında israr edirlər, onlar İrandakı proseslərində sadəcə öz kimlikləri, şüarları ilə ortaya çıxmağa üstünlük verdilər. İran adlanan dövlətin mahiyyətində hər hansı bir inqilabi dəyişikliklərin gerçəkləşməsini millətlərin milli hərəkatlarında görmək olar və ciddi alternativlər ortaya qoyulub. Məsələn, Güney Azərbaycan türklərinin "Azadlıq", "Ədalət", "Milli hökumət" şüarları məhz bu məqsədə xidmət edir. Daha sonrakı mərhələlərdə digər qeyri-fars millətlər də bu şüarları  səsləndirdilər”.

Politoloq Sədrəddin Soltan da İrandakı etiraz aksiyalarına münasibət bildirib. O, İranda hakimiyyətin etiraz aksiyalarını yatırmaq gücünə malik olduğunu deyib. Lakin xalq da geri addım atmaq niyyətində deyil:

“İranın müxtəlif yerlərində hakimiyyətə qarşı etiraz aksiyaları davam edir. Cəmiyyət öz etirazlarını bildirir və öz istəklərini qəti sürətdə tələb edir. Lakin İranın güc strukturları, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH), hərbi polis güc yolu ilə etiraz aksiyalarının qarşısını almağı bacarır”.

Politoloqun sözlərinə görə, etiraz aksiyalarından sonra İranda hakimiyyət daxilində elə də ciddi fikir ayrılığı müşahidə edilmir:

“Hakimiyyət komandası vahid mövqedən çıxış edərək etiraz aksiyalarını ABŞ və Qərbin təşkil etdiyini bildirir. İndiki prosesləri müşahidə etsək, görərik ki, İranda hakimiyyətin çökəcəyini demək hələ tezdir. Hakimiyyət ölkəyə nəzarət edə bilir. Düzdür, bir çox zabitlər hökumətə qarşı çıxaraq, etiraz aksiyalarını qarşısını almağa razı olmayıb. Hətta onların istefa verdiyi deyilir. Lakin bu da böyük parçalanma demək deyil. Beləliklə, bu faktları əsas gətirib, İranın rejiminin çökəcəyini deyə bilmərik”.

S.Soltan onu da vurğulayıb ki, israrlı etirazlar nəticə əldə edə biləcəklər, lakin bunun üçün zaman lazımdır:

“Cəmiyyət etiraz aksiyalarında davamlılıq nümayiş etdirir. Vətəndaşlar öz istəklərinin həyata keçirilməsini israr və təkidlə tələb edir. İran rejiminin çökəcəyini gözləmirəm. Ancaq bugünkü hadisələri nəzərə alaraq, deyə bilərik ki, İran rejimi etirazların qarşısını almaq üçün cəmiyyətin tələblərinə uyğun islahatlar həyata keçirəcək, başqa yol qalmır”.

Oğuz

İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
16:06 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
14:44 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:40 09.05.2024
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
14:27 09.05.2024
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
14:20 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:18 09.05.2024
Türkiyənin Müdafiə Nazirliyi: Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçirəcəyik
14:00 09.05.2024
Türkiyə COP29-da iqlim dəyişikliyi ilə bağlı "yol xəritəsi"ni açıqlayacaq
13:40 09.05.2024
PSJ baş məşqçisi ilə bağlı qərar verib
PSJ baş məşqçisi ilə bağlı qərar verib
13:20 09.05.2024
Ərdoğan: Aİ Türkiyə ilə əlaqələrə zərbə vura biləcək siyasətdən imtina etməlidir
13:00 09.05.2024
Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, yeddi polis saxlanılıb
12:40 09.05.2024
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO
12:20 09.05.2024
“İrana qarşı müharibə başladıla bilər...” – Türkiyəli Politoloq
12:00 09.05.2024
Moskvada Qələbə paradı keçirilir
Moskvada Qələbə paradı keçirilir
11:50 09.05.2024
Bu mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək – SİYAHI
11:35 09.05.2024
Bəzi ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava
11:30 09.05.2024
Bu şəxslərə 2000 manat ÖDƏNİLDİ – RƏSMİ
11:15 09.05.2024
İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib
11:01 09.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
10:45 09.05.2024
Onlayn alış-verişlə bağlı dələduzluq edən 21 yaşlı gənc SAXLANILDI
10:30 09.05.2024
Bayden ABŞ-ın İraq və Əfqanıstanla bağlı səhvlərini ETİRAF ETDİ
10:15 09.05.2024
İkinci Dünya Müharibəsinin iştirakçısı: "Sevincimdən özümü ikinci mərtəbədən atdım" - MÜSAHİBƏ
10:00 09.05.2024
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
09:45 09.05.2024
Mehriban Əliyevadan Faşizm üzərində Qələbə Günü ilə bağlı PAYLAŞIM
09:30 09.05.2024
Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
09:00 09.05.2024
Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
Hamısı