“Qarabağ zonasında mövcud olan abidələr dağıdılıb, qiymətli meşə əraziləri məhv edilib”.
Ednews xəbər verir ki, bunu UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində çıxışı zamanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
Nazir qeyd edib ki, Ermənistan işğaldan azad edilən ərazilərimizdəki təbiət massivinə ciddi zərər vurub.
“Ermənistan bu illər ərzində işğaldan azad edilən ərazilərimizdə təbiət massivinə ciddi zərər vurub. Yaşı 2500-dən çox olan ağaclar kəsilib, məhv edilib”,-deyə vurğulayıb.
Aysel Şahmar