“Özü üçün açdığı düşmən cəbhəsi gec-tez İranın bəlasına çevriləcək” Politoloq

Siyasət 14:45 07.04.2023
Dünən Livanın İsrailə endirdiyi 100-ə yaxın raket zərbəsindən sonra, bu gün Baş nazir Binyamin Netanyahu edilən hücumlara baxmayaraq, ölkəsinin istənilən düşmənə cavab verməyə hazır olduğunu bildirib. Bu yaxınlarda İsrail rəsmiləri öz açıqlamalarında vurğulayıb ki, İranla vuruşmağa hazırdırlar. Ötən gün ölkənin xarici işlər naziri Eli Kohen də öz “twitter” hesabında hadisəyə münasibət bildirərək İsrail dövlətinin öz xalqını müdafiə etmək üçün bütün lazımi tədbirləri görəcəyini deyib.
 
Livandan İsrail ərazisinə endirilən raket hücumlarının İranın maliyyələşdirdiyi Hizbullah terror qruplaşması tərəfindən edildiyi bildirilir. Rəsmi Vaşinqton da Qəzza və Livandan İsrailə edilən raket hücumlarını pisləyib. ABŞ Dövlət Departamenti İsrailin istənilən təcavüzə qarşı özünü müdafiə etmək hüququnu tanıdığını açıqlayıb. ABŞ-a artıq nüvə proqramı maraqlı deyil, o, açıq şəkildə İranla vuruşacağına işarə edir.
 
Proseslər necə davam edəcək? İran-İsrail toqquşmaları nə dərəcədə reallaşa bilər? Yoxsa bu təhdid olaraq qalacaq? 
 
Son hadisələrlə bağlı Ednews-un sualarını cavablandıran politoloq Ramiyə Məmmədovanın sözlərinə görə, münaqişə tərəflərinin qarşılıqlı olaraq bir-birinə etdiyi hücum və təhdidlər bölgədə gərginliyin artmasına səbəb olur:
 
“Yaxın Şərq artıq uzun illərdir davam edən İsrail-Livan və İsrail-Fələstin savaşlarına şahidlik edir. İsrail özü dəfələrlə Qüds şəhərində fələstinlilərin yaşadığı ərazilərə silahlı hücumlar edib. Bu siyasətə cavab olaraq Livan və Fələstin tərəfi də İsrailə qarşı əks-hücuma keçir. Yəni, bütün tərəflər gərginliyi alovlandırmaqla məşğuldur. İsrail-Fələstin münaqişəsinə region dövlətləri tərəfindən daim təzyiqlər edilir. Fələstinin terror təşkilatlarını verdiyi dəstəyi də burada qeyd etməliyik. Fələstin İsraillə mübarizə aparmaqçün terror qruplaşmalarına qapı açır. Livandan, Fələstin və Qəzza bölgəsindən atılan raket hücumları ən çox Hizbullah tərəfindən  edilir. Hizbullah dünyada terror təşkilatları sırasında ilk yerləri tutur. İran Hizbulah kimi terror təşkilatlarına daim maddi dəstək verir”. 
 
 
R.Məmmədova bildirib ki, İran keçmiş ABŞ  prezidenti Donald Trampın zamanında nüvə silahı anlaşmasından çıxdıqdan sonra təxribat xarakterli addımlarını daha da artırıb. 
 
“İran nüvə silahını daha çox zənginləşdirməyə başlayıb. Bu da bilavasitə İsraili maraqlandıran məsələdir. İsrail hər zaman beynəlxalq aləmdə bunu dilə gətirib. Dövlət  rəsmiləri hər zaman bildirib ki, İsrail İran tərəfindən atılan bütün addımlara cavab verməyə hazırdır. Son zamanlarda görürük ki, İsrail-İran münasibətləri həddən artıq gərginləşib. İranın nüvə silahını çoxaltması İsraili qıcıqlandırır. İsrail və ABŞ İranın nüvə silahına qarşı müttəfiqliklərini gücləndirir. İran öz daxilində genişmiqyaslı çaxnaşmalarla üz-üzədir". 
 
"Son hadisələr və təhdid təşkil etdiyi dövlətlərin reaksiyası onu göstərir ki, İran artıq özünə qəbir qazır”.   
 
Politoloq qeyd edib ki, İran tək İsrail və ABŞ-la deyil, öz şimal qonşusu olan Azərbaycana qarşı da təxribatlar törətməklə münasibətlərini gərginləşdirir. 
 
“Fazil Mustafaya qarşı sui-qəsd, ölkədə İran casuslarının tutulması və diplomatlarının ölkədən çıxarılması, daha əvvəl baş verən silahlı insidentlər bu dövlətin nə dərəcədə azğınlaşdığını göstərir. Azərbaycana qarşı törətdiyi təxribatlar İranın ziyanına işləyir. Çünki Azərbaycan və İsrail hərbi sahədə yaxın tərəfdaşdır, 44 günlük müharibə bunu bir daha sübut etdi. Bugünkü gündə İran Azərbaycanın İsrailə dəstək verməsindən çəkinir və bizi hədələməyə çalışır, ölkəni İrana birləşdirməklə təhdid edir. Özü üçün açdığı düşmən cəbhəsi gec-tez İranın bəlasına çevriləcək. İranın gəlib çıxacağı ən son nöqtə odur ki, hədələdiyi bütün dövlətlər ona qarşı birləşəcək və molla rejimi tamamilə devriləcək. Ya İranda sivil dünyəvi dövlət qurulacaq, ya da o, birdəfəlik yox olacaq. İranın buna cavab olaraq bir neçə istiqamətdə müharibə aparması mümkün deyil, düzdür, nəzərə almaq lazımdır ki, İran çox güclü dövlətdir. İranın ən son edə biləcəyi şey nüvə silahından istifadə etməsi ola bilər. Amma mənə elə gəlir ki, belə bir şey baş verməyəcək, İran o nöqtəyə qədər gedib çata bilməyəcək”.
 
 
Törə Zeynallı
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
14:44 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:40 09.05.2024
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
14:27 09.05.2024
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
14:20 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:18 09.05.2024
Türkiyənin Müdafiə Nazirliyi: Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçirəcəyik
14:00 09.05.2024
Türkiyə COP29-da iqlim dəyişikliyi ilə bağlı "yol xəritəsi"ni açıqlayacaq
13:40 09.05.2024
PSJ baş məşqçisi ilə bağlı qərar verib
PSJ baş məşqçisi ilə bağlı qərar verib
13:20 09.05.2024
Ərdoğan: Aİ Türkiyə ilə əlaqələrə zərbə vura biləcək siyasətdən imtina etməlidir
13:00 09.05.2024
Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, yeddi polis saxlanılıb
12:40 09.05.2024
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO
12:20 09.05.2024
“İrana qarşı müharibə başladıla bilər...” – Türkiyəli Politoloq
12:00 09.05.2024
Moskvada Qələbə paradı keçirilir
Moskvada Qələbə paradı keçirilir
11:50 09.05.2024
Bu mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək – SİYAHI
11:35 09.05.2024
Bəzi ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava
11:30 09.05.2024
Bu şəxslərə 2000 manat ÖDƏNİLDİ – RƏSMİ
11:15 09.05.2024
İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib
11:01 09.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
10:45 09.05.2024
Onlayn alış-verişlə bağlı dələduzluq edən 21 yaşlı gənc SAXLANILDI
10:30 09.05.2024
Hamısı