“Mərkəzi Asiya ilə əlaqələrin dinamik inkişafı Azərbaycanın xarici siyasətinin prioritetinin təşkil edir. Bunun bir sıra mühüm səbəbləri var. Birincisi, Mərkəzi Asiya ölkələri türkdilli və müsəlman dövlətləridir. Bu baxımdan həmin ölkələri Azərbaycanla dil, din və tarixi, mədəni köklər bir-birinə bağlayır. Odur ki, bu səfər təkcə ikitərəfli münasibətlərin deyil, ümumilikdə türkdilli ölkələr arasında əlaqələrin daha da dərinləşməsinə və sıx inteqrasiyasına öz töhfəsini verir”.
Bunu Ednews-a açıqlamasında deputat İltizam Yusifov Azərbaycan Prezidentini İlham Əliyevin Tacikistana və Qazaxıstana səfərlərini şərh edərkən deyib. Onun sözlərinə görə, Mərkəzi Asiya Azərbaycanla qonşu və Xəzər hövzəsi və ətrafında yerləşən ölkələr olduğundan bu ölkələrlə siyasi, ticari-iqtisadi, turizm, mədəni sahədə sıx qonşuluq münasibətləri əsasında qurulan əməkdaşlıq bütün tərəflərin marağına xidmət edir.
“Üçüncsü, yeni şəkillənən dünyada logistik və enerji dəhlizləri mühüm rola malikdir. O baxımdan Şərqlə Qərbi birləşdirən Mərkəzi Asiya ilə Cənubi Qafqaz üzərində keçən Orta dəhliz çərçivəsində əməkdaşlıq, sıx əlaqələrin qurulmasını zəruri edir. Hansı ki, bu də bütün tərəflərin inkişafı və dünya bazarına çıxması baxımdan bütün tərəflərinə maraqlarına uyğundur. Bir sözlə bu səfərlər və əlaqələrin dərinləşməsi Orta dəhliz boyunca yerləşən ölkələrin xalqlarının rufah ahlının yüksəlməsinə xidmət edir. Azərbaycan da bu istiqamətdə öz üzərinə düşən missiyanı layiqincə yerinə yetirməkdədir”.
Deputat qeyd edib ki, bu baxımdan Azərbaycan Prezidentinin istər aprelin 10-da Qazaxıstana, istərsə də aprelin 5-də Tacikistana səfəri çox mühüm tarixi əhəmiyyət kəsb edir.
“Bu səfərlər ölkələrimiz arasında müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə yönəlib. Səfər eyni zamanda regional nəqliyyat-logistik əməkdşalığın daha da dərinləşməsinə və inkişafı baxımdan xüsusi rol oynayır. Çünki qlobal aləmdə baş verən proseslər Orta Dəhliz boyunca yerləşən ölkələr arasında əlaqələrini inkişafını diktə edir. Azərbaycan Prezidentinin bu səfərləri qısa zamanda öz bəhrəsini verəcək. Səfər zamanı aparılan danışıqlarda əldə edilən konkret nəticələr bunu deməyə əsas verir. Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar, Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması əməkdaşlığın nə qədər perspektivli olduğunu ortaya qoyur. Bu isə öz növbəsində bölgəyə əlavə investisiyaların cəlb olunması, regional təhlükəsizliyin, sabitliyin təmin olunması baxımdan da mühüm rol oynayır. Ticari-iqtisadi baxımdan isə əməkdşalığın inkişaf etdirilməsi milyardlarla dollar həcmində əmtəə dövriyyəsi deməkdir ki, bundan da hamı qazanacaq. Baxmayaraq ki, ölkələr arasında isti münasibətlər mövcud olasa da, lakin ticarət dövriyyəsi bu əməkdaşlığın ruhuna uyğun deyil və mövcud potensiladan qat-qat aşağıdır. Bunu artırmaq üçünsə geniş imkanlar mövcuddur. Yəni məzmunda əməkdaşlığın dərinləşməsi və inkişaf etməsi ölkələr arasındakı mövcud ticarət dövriyyəsinin indikindən qat-qat artıq olmasına gətirib çıxaracaq. Bütün bunlar da nəticə etibarı ilə Azərbaycanın beynəlxalq aləmdəki nufuzunun artmasına, ciddi aktor kimi rolunu davam etdirməsinə və qarşısında duran ali hədəflərə nail olmasına gətirib çıxaracaq”.
Oğuz