“Erməni psixologiyası qanla bəslənir”... "Nemezis" necə təşkil olunmuşdu? - Tarixçi alimdən GİZLİ məqamlar

Siyasət 10:01 27.04.2023

“Yeni doğulan hər erməni uşağının qulağına – “Ey Aram! Türklər sənin düşmənindir” demək lazımdır". 

Aprelin 25-də Ermənistanın paytaxtı İrəvan şəhərində “Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin açılışı keçirilib. Ermənistan bu addımı ilə növbəti dəfə terrorizmi dövlət siyasətinə çevirdiyini sübut edir.

“İrəvanda “Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin açılması əslində Ermənistanın məğlubiyyətinin son çırpıntılarıdır. Məlumdur ki, erməni psixologiyası qanla bəslənir. Erməni tarixinin atası olaraq bilinən Horenatsinin “Hər türkü anadan olduğu anda ölümə məhkum edin. Onlara doğulma şansı verməyin. Çünki doğulmuş hər türk bizə faciə gətirir” sözləri, eyni zamanda erməni yazıçı Silva Kaputikyanın 1988-ci ildə İrəvanda keçirilən bir mitinqdə “yeni doğulan hər erməni uşağının qulağına – “Ey Aram! Türklər sənin düşmənindir” demək lazımdır ki, düşməninin kim olduğunu tanısın” ifadəsi, yenə yaxın keçmişdə türk diplomatlarını öldürən qatillərin ermənilər tərəfindən bir qəhrəman olaraq tanıdılması və buna bənzər bir çox xüsusiyyətlər bu xalqdakı türk düşmənliyinin bariz nişanəsidir”.

Bu tarixi faktları Ednews-a siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev açıqlayıb. O, Ermənistanın və erməni xalqının əsrlər boyu azərbaycanlılara, ümumilikdə türk kimliyinə qarşı məkrli siyasəti, törətdikləri qətliamlar və öz qanlı əməllərini həyata keçirmək üçün yaratdıqları terror təşkilatları və siyasi birliklər barədə az bilinən bir sıra tarixi məqamları bölüşüb. 

“Ermənilərin psixologiyasında qan tökmək, günahsız insanları öldürmək milli bir qayə kimi formalaşıb. Onlar illər boyu türklərlə yanaşı gürcü, rus, fransız və digər millətləri, hətta özlərindən olanları belə öldürməkdən çəkinməmişlər. Buna görə də belə bir psixologiyaya sahib millətin yüzlərlə insanın qatili olan “Nemezis” terror əməliyyatına abidə qoyması başa düşüləndir. Terrorçu dövlət öz mənfur siyasətini davam etdirir və hesab edir ki, tarix təkrarlana bilər. Amma unudur ki, 44 günlük müharibədən sonra nəinki “Nemezis” təkrarlana bilər, ümumiyyətlə erməni kimliyi yox ola bilər”.

Z.Əliyev ermənilərin tarix boyu azərbaycanlı dövlət xadimlərinə qarşı törətdikləri terror əməlləri barədə də danışıb. 

“Terroru fəaliyyət sahəsi kimi seçən ermənilərin ilk təşkilatlarından biri olan “Qara Xaç Cəmiyyəti” 1872-ci ildə Vanda qurulub. Bu cəmiyyətlərin məqsədi gənclərin silahlandırılması və silahlı üsyanların təşkil edilməsi idi. Məhz həmin prosesin məntiqi davamı kimi 1880-cı ildə Ararat, Şərq, Mühübbi maarif, Kilikiya dərnəkləri Miyasiyal Anikerutiun Hayotes adlı cəmiyyətdə birləşdilər. Əsl inqilabçı komitələr 1880-ci illərdən meydana çıxmağa başladı. 

1880-ci ildə Ərzurumda “Silahlılar dərnəyi” quruldu. Dərnəyin üzvü olan gənclər lazım gəldikdə istifadə etmək üçün silah daşımalıydılar. Üç il sonra bu dərnək dağıldı”.

Tarixçi xüsusi olaraq qeyd edib ki, ermənilərin inqilabçı partiya kimi yaratdığı ilk təşkilat “Armenakan” Partiyası olub. Belə ki, 1885-ci ildə yaradılmış bu partiyanın məqsədi inqilab yolu ilə ermənilərin özünüidarəsinə nail olmaq idi. 

“Partiyanın əsasını Van mənşəli erməni Portağalyan qoymuşdu. 1887-ci ildə Cenevrədə Avetis Nazarbekyan və millətçi erməni tələbə mühacirləri tərəfindən “Hnçak” (“Zəng”) partiyası təşkil edildi. Partiyanın lideri Nazarbekyan (Lorents) K.V.Plexanovun təsiri altında idi. Ardınca 1890-cı ildə Qafqazda planlı şəkildə ermənilərin ən qanlı təşkilatlarından olan “Daşnaksütyun” və ya “Erməni inqilabı cəmiyyətləri federasiyası” təşkil edildi. İstanbulda və Cenevredə onun mətbu orqanları dərc olunurdu. 

Tarixçi bildirib ki, “Nemezis” adı ilə bilinən terror əməliyyatı da məhz Daşnaksütyunun məhsulu idi. Terrorun məqsədi qondarma erməni soyqırımını və guya Bakıda 1918-ci ildə erməni əhalisinin qətlini təşkil etmiş şəxslərdən qisas almaq idi. 

“Qətlə yetirilən şəxslərin arasında həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də Osmanlı imperiyasının keçmiş rəhbərləri var idi.  “Nemezisin” qurbanları siyahısına Türkiyənin və Azərbaycanın 650 nəfər dövlət xadimi və ziyalısının adları salınmışdı. Onların içərisindən 41 nəfər “əsas günahkarlar” elan edilmişdi. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən 3-5 nəfərlik terrorçu qruplar adları siyahıda olan şəxsləri axtarıb tapır və qətlə yetirirdilər. Qətlə yetirilənlər arasında ilk şəxs ADR-in keçmiş baş naziri Fətəli xan Xoyski oldu. 1920-1921–ci illərdə Fətəli xan Xoyskidən başqa Tiflisdə Azərbaycan parlamentinin keçmiş sədr müavini Həsən bəy Ağayev, isə İstanbulda Azərbaycanın keçmiş daxili işlər naziri Behbud xan Cavanşir qətlə yetirilir, keçmiş ədliyyə naziri Xəlil bəy Xasməmmədov isə yaralanır. Həmin ilərdə Berlin şəhərində Osmanlı imperiyasının keçmiş daxili işlər naziri və sədr-əzəm olmuş Tələt Paşa, Səid Hilmi Paşa, keçmiş hərbi dəniz qüvvələri naziri Camal paşa, keçmiş Trabzon valisi Camal Əzim və “Təşkilati Məxsusə”nin yaradıcısı Bahəddin Şakir və bir sıra digər dövlət əhəmiyyətli şəxslər qətlə yetirilir 1922-ci ildə daşnakçı ermənilər Osmanlı imperiyasının hərbi naziri, Azərbaycana Qafqaz İslam Ordusunu göndərən və xalqımızı soyqırımdan xilas etmiş Ənvər paşa Əfqanıstan yaxınlığında qətlə yetirirlər. Terrorçuların siyahısında Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Tobçubaşov, Hacı Zeynalabddin Tağıyev, Əliağa Şixlinski, Səməd bəy Mehmandarov, Nağı bəy Şeyxzamanlı və digər görkəmli şəxslər də vardı. Lakin ermənilər adını qeyd etdiyim şəxsləri aradan götürə bilmirlər”. 

ASALA terror təşkilatının qurucuları ilə Nemezis əməliyyatını törədənlər arasında tarixi bağların olduğuna diqqət çəkən Z.Əliyev qeyd edib ki, məhz  “XX əsrin məhkəməsi” adlanan prosesin erməni havadarlarının təzyiq və təsiri nəticəsində ört-basdır edilərək cəzasız qalması ötən əsrin əvvəllərində terrorun miqyasının daha da genişlənməsinə zəmin yaratdı. 

“Bütövlükdə erməni terrorizminə bəraət hökmü çıxarıldı və bununla da terrorçuların 70-80-cı illərdə bütün türk dünyasına qarşı qanlı aksiyalarına yaşıl işıq yandı. 1975-1991-ci illərdə fəaliyyət göstərmiş erməni terror təşkilatı ASALA  bu illər ərzində qondarma “erməni soyqırımının” dünya ölkələri tərəfindən tanınması üçün çalışıb. Təşkilatın tarixinə nəzər salsaq, görərik ki, 1970-ci illərin ortalarında daşnaklar bir sıra müstəqil terrorçu təşkilatlar yaradıblar. Onların arasında “Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu” (“Armenian Secret Army for the Liberation of Armenia”- ASALA) fəallığı ilə diqqəti cəlb edir.  Təşkilat aktiv olduğu illər ərzində ona digər dövlətlərin dəstəkləri ilə bağlı çox saylı məlumat var. Onun əsas dəstəkçiləri arasında SSRİ-nin adı çəkilir. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) sonradan üzə çıxardığı dəlillərində SSRİ-nin dolayı yollarla ASALA-ya dəstək verdiyini göstərmişdi” . 

Tarixçi Z.Əliyev onu da bildirib ki, XX əsrin 70-ci illərinin ortalarından başlayaraq, ermənilər terrorçuluq fəaliyyətlərini Avropa və ABŞ-la yanaşı, SSRİ ərazisinə də keçiriblər. 

“Əslində buna səbəb SSRİ xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilən və istiqamətləndirilən erməni terrorçularından bəzi Qərb ölkələrinin analoji şəkildə ruslara qarşı istifadə etməsi olmuşdu. SSRİ-də ilk terorun müəlliflərindən biri olan Stepan Zatikyan məhkəmədə demişdi ki, “sizin vəkilinizin məni müdafiə etməsinə ehtiyac duymuram. Mən müttəhim deyiləm, mühakimə edənəm. Sizin məni mühakimə etməyə haqqınız belə yoxdur. Çünki xalqları əsarət altında saxlayan imperiya hüquqi dövlət deyil. Bunu heç vaxt yadınızdan çıxarmayın”.

 

Törə Zeynallı

İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
14:44 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:40 09.05.2024
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
14:27 09.05.2024
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
14:20 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:18 09.05.2024
Türkiyənin Müdafiə Nazirliyi: Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçirəcəyik
14:00 09.05.2024
Türkiyə COP29-da iqlim dəyişikliyi ilə bağlı "yol xəritəsi"ni açıqlayacaq
13:40 09.05.2024
PSJ baş məşqçisi ilə bağlı qərar verib
PSJ baş məşqçisi ilə bağlı qərar verib
13:20 09.05.2024
Ərdoğan: Aİ Türkiyə ilə əlaqələrə zərbə vura biləcək siyasətdən imtina etməlidir
13:00 09.05.2024
Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, yeddi polis saxlanılıb
12:40 09.05.2024
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO
12:20 09.05.2024
“İrana qarşı müharibə başladıla bilər...” – Türkiyəli Politoloq
12:00 09.05.2024
Moskvada Qələbə paradı keçirilir
Moskvada Qələbə paradı keçirilir
11:50 09.05.2024
Bu mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək – SİYAHI
11:35 09.05.2024
Bəzi ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava
11:30 09.05.2024
Bu şəxslərə 2000 manat ÖDƏNİLDİ – RƏSMİ
11:15 09.05.2024
İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib
11:01 09.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
10:45 09.05.2024
Onlayn alış-verişlə bağlı dələduzluq edən 21 yaşlı gənc SAXLANILDI
10:30 09.05.2024
Bayden ABŞ-ın İraq və Əfqanıstanla bağlı səhvlərini ETİRAF ETDİ
10:15 09.05.2024
İkinci Dünya Müharibəsinin iştirakçısı: "Sevincimdən özümü ikinci mərtəbədən atdım" - MÜSAHİBƏ
10:00 09.05.2024
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
09:45 09.05.2024
Mehriban Əliyevadan Faşizm üzərində Qələbə Günü ilə bağlı PAYLAŞIM
09:30 09.05.2024
Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Hamısı