Xəbər verdiyimiz kimi, bu gün “Congress Hall” mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan "Müstəqil Azərbaycanın Banisi" adlı konfrans keçirilib.
Ednews xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan "Müstəqil Azərbaycanın Banisi" adlı konfrans çərçivəsində Fəxri Xiyabanda Heydər Əliyevin məzarı ziyarət olunub.
Ziyarət iştirakçıları Ulu öndər Heydər Əliyev və ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı üzərinə gül dəstəsi qoyub, əziz xatirələrini ehtiramla anıblar.
Aysel Şahmar