Vaşinqtonda keçirilən Ceyhun Bayramov - Ararat Mirzoyan danışıqlarından erməni mətbuatı bəzi məlumatları əldə edib.
Ednews xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
Mənbə bu detalların erməni tərəfini məyus etdiyini qeyd edib.
Məlumata görə, Ameria Birləşmiş Ştatları tərəfləri münasibətlərin normallaşmasına dair saziş imzalamağa sövq etməyə çalışır.
Sazişdə Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması və Bakıya qarşı ərazi iddialarından imtina etməsi ilə bağlı müddəalar yer alıb.
"Eyni zamanda, Azərbaycan Qazax rayonunun işğalda olan 7 kəndini və Naxçıvandakı Kərkini geri qaytarmaqda israrlıdır. Bu isə rəsmi Bakının Vaşinqtonda qalib gəldiyini təsdiqləyir", deyə nəşr yekunlaşdırıb.