"İstər Respublikada, istərsə də ölkə hüdudlarından kənarda Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə silsilə tədbirlər keçirilir".
Ednews xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan anım tədbirində jurnalistlərə açıqlamasında bildirib.
"Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müstəqil Azərbaycan dövlətinin qurucusudur. Müasir Azərbaycan tarixində özünəməxsus yer tutan böyük şəxsiyyətdir. Ulu Öndər Azərbaycana istər Sovet dönəmindəki rəhbərlik illərində istərsə də müstəqillik illərində Azərbaycanın inkişafı üçün misilsiz xidmətləri olub. Onun ideyaları Azərbaycanın milli və mənəvi sərvətidir. Bu gün də Azərbaycanın əldə etdiyi uğurlar Heydər Əliyev siyasətinin təntənəsi kimi qəbul olunmalıdır", - deyə T.Budaqov qeyd edib.
Oğuz