"Sülh müqaviləsi bağlansa belə, onun qalıcı olacağına təminat yoxdur" Politoloqdan RƏY

Siyasət 11:15 24.05.2023

“Moskvada Rusiya prezidenti Putinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan rəhbərləri arasında sülh sazişi ilə bağlı görüş ərəfəsində bu ölkənin mövqeyini ifadə etmə baxımından Paşinyanın mətbuat konfransında irəli sürdüyü fikirləri maraq doğurdu. 4 saat yarım sürən bu mətbuat konfransında Paşinyan bir çox məsələlərə aydınlıq gətirdi”.

Bu sözləri politoloq Qafar Çaxmaqlı Ednews-a açıqlamasında deyib.

Rusiyanın vasitəçilik təşəbbüslərindən bəhs edən ekspert bildirib ki, əsas məsələ Ermənistan - Azərbaycan münasibətləri və danışıqların aparıldığı Vaşinqton-Brüssel-Moskva, daha sonra Kişinyov sahəsində gəlinəcək nöqtə baxımından yeni mərhələyə keçidin əldə olunmasıdır:

“Ermənistan rəhbəri bu konfransda verilən suallara cavab olaraq bildirib ki, Ermənistan Azərbaycanın 86, 6 min kavadrat kilometr ərazisini əslində tanıyıb, amma Ermənistanın 29,8 min kavadrat kilomert ərazisini də Azərbaycan tanımalıdır. İndiyə qədər Ermənistan da, Azərbaycan da bir-birinin ərazi bütövlüyünü tanıyıb. Almaatı Bəyannaməsini tez-tez xatırladırıq, amma hər iki ölkə hansı ərazilərlə tanıdığını ifadə etməyib. Paşinyanın sözlərindən belə çıxır ki, Ermənistan sülh sazişinə getməyə hazırdır. Amma sərhədlərin müəyyənləşməsi hələ başa çatmayıb. Sərhəd məsələlərində hələ aydınlaşdırılmamış məsələlər var, bu sülh danışıqlarını uzada bilər. Onu da bildirir ki, razılaşdırmadan sonra da demarkasiya və delimitasiya davam edə bilər”. 

Q.Çaxmaqlının sözlərin görə, bununla da Paşinyan Azərbaycanın işğal altında olan Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndinin geri verilməsi ilə bağlı Vaşinqtonda gündəmə gələn mövzunu arxa plana keçirmək istəyir: 

“Paşinyan deyir ki, Gədəbəy ərazisində olan ermənilərin “Artsvaşen” dedikləri Başkənd kəndinin ərazisi 3-4 Azərbaycan kəndinin ərazisinə bərabərdir. Bunu deməklə ərazi mübadiləsi məsələsini gündəmə gətirmək istəyir. Amma həm Kərkinin, həm Bağanis Ayrım, Barxudarlı və başqa kəndlərin strateji əhəmiyyəti Başkəndlə eyni deyil. Kərkinin strateji önəmi kifayət qədər yüksəkdir. Bu kənddən keçən yol Ermənistanın digər ərazilərini Zəngəzurla birləşdirən dəhlizdir. Kənd Azərbaycana keçərsə, bu yol bağlanacaq. Eyni sözü Qazaxın “anklavlar”ı ilə bağlı söyləmək olar. Buradan keçən yol Gürcüstanın Borçalısına gedən ana arteriyadır. Həm də bu yolun toplu halında yaşayan əhalimizin əlaqələri baxımından əhəmiyyəti var. Brüssel görüşündə bu məsələlər gündəmə gətirilib”.

Politoloq hesab edir ki, sadaladığı məsələləri Paşinyanın arzu etdiyi sülh sazişindən sonraya saxlamaq olmaz:

“Bu ərazilər onun tez-tez dilə gətirdiyi 86,6 min kavadrat kilometrə daxildir. Həm də bu məsələ həll edilməzsə, Ermənistanla Azərbaycan arasında uzun sürən münaqişə qalacaq. İstər qarşıdakı Moskva üçtərəfli danışıqlarında, istərsə də Kişinyovda gözlənilən görüşdə işğal altında olan “anlklavlar” problemi həll edilməlidir. Əks təqdirdə, sülh müqaviləsi bağlansa belə, onun qalıcı olacağına təminat yoxdur”.

Oğuz

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı