Prezident: “Torpaqlarımızın minalardan təmizlənməsi əsas prioritetlərindəndir” - ednews.net

4 İyun,

(+994 50) 229-39-11

Prezident: “Torpaqlarımızın minalardan təmizlənməsi əsas prioritetlərindəndir”

Siyasət A- A A+
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol" mövzusunda beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb.
 
Ednews  xəbər verir ki, müraciəti Azərbaycan Prezidentinin adından Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.
 
Prezident müraciətində bildirib ki, konfransın mövzusu Azərbaycan və bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edir:
 
"Ermənistanın 30 ilə yaxın işğalı nəticəsində Azərbaycan bu gün minalarla ən çox çirklənən ölkələr arasındadır".
 
Azərbaycan Prezidentinin müraciətində qeyd edilib ki, azad olunmuş torpaqların minalardan təmizlənməsi hökumətin əsas prioritetlərindən biridir.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...