Heydər Əliyev Sovet hakimiyyətinin Ermənistana ayırdığı əraziləri necə geri qaytardı? Deputatdan TARİXİ FAKT

Siyasət 14:00 02.06.2023
"Ermənistanın xəritə oyunu Azərbaycana heç bir problem yarada bilməz". 
 
Ermənistanın Baş naziri Nikol Paşinyan sonuncu bəyanatında sərhəd məsələsinə tam aydınlıq gətirib. O qeyd edib  ki, Azərbaycanın 86.6 min kv.km.lik ərazisini Ermənistan rəsmən tanıyır və bu əraziyə Qarabağ, həmçinin işğal altında qalmış anklavlar da daxildir.
 
Paşinyan onu da bildirib ki, rəsmi İrəvan və Bakı 1975-ci ilin sovet xəritələrinə əsaslanaraq delimitasiya aparmağa ilkin razılıq veriblər.  Bundan əvvəl tərəflərin 1991-ci il xəritələrinə əsasən müzakirə aparacağı açıqlanmışdı. 
 
Kişinyovdakı müzakirəni faydalı hesab edən Paşinyan əlavə edib ki, danışıqların birinci bəndi tərəflərin Praqada razılaşdığı Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı olub. 
 
“1975-ci ilin sovet xəritəsi və 1991-ci il Alma-Ata Bəyannaməsi ərəfəsində tərtib olunan xəritə arasında fərq yoxdur.  Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi də həmin xəritələrdə Azərbaycan ərazisi kimi qeyd olunub”.
 
Bunu Ednews-a açıqlamasında tarixçi deputat Anar İsgəndərov müxtəlif illərə aid xəritələrin fərqini şərh edərkən deyib. Deputat bəzi tarixi məqamlara da aydınlıq gətirib. O qeyd edib ki, 1991-ci il Alma-Ata Bəyannaməsinə müvafiq olaraq Ermənistanın ərazisi 29,800 kv.km., Azərbaycanın ərazisi isə 86,600 kv.km. olaraq müəyənləşdirilib.  
 
“Əslində Sovet dönəmində 1922-ci il dekabrın 13-də “Zaqfederasiya” (Zaqafqaziya Sovet Sosialist Federativ Respublikası) və 1922-ci ilin 30 dekabrında “Zaqfederasiya”nın da daxil olduğu SSRİ-nin qurulmasından sonra tərtib edilən xəritələr arasında fərq var. Bu fərq nədən barətdir? Bizə məlumdur ki, 1922-1929-cu illərdə Naxçıvanın 9 kəndi Ermənistana verildi. Bu kəndlərin verilməsi ilə Naxçıvanla Azərbaycan arasında qalan quru ərazi sərhədə çevrildi. 1936-cı il Zaqfederasiyanın ləğvindən sonra xəritələrdə prinsip etibarilə hər hansı bir böyük fərq yoxdur. Çünki artiq SSRİ-nin Cənubi Qafqazla bağlı planlarına əsasən Ermənistana və Gürcüstana torpaqlar verilmisdi. Amma onlar öz orta və ali məktəb dərsliklərində Azərbaycana qarşı torpaq iddiaları ilə çıxış edirdilər. Gürcüstan  az qala Şamaxıya qədər olan torpaqları özününkü sayırdı, Ermənistan da “Böyük Ermənistan” xəyalı ilə az qala Azərbaycanı xəritədən silmişdi. Reallıqda isə 1975-ci ilin sovet xəritəsi və 1991-ci il Alma-Ata Bəyannaməsi ərədəsində tərtib olunan xəritə arasında fərq yoxdur.  Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi də həmin xəritələrdə Azərbaycan ərazisi kimi qeyd olunub. Yalnız 1969-cu ilin martında mərkəzin göstərişilə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Azərbaycanın 4 min kv.km.ərazisi Ermənistana verilməli idi. Bu ərazi təxminən Laçın, Kəlbəcərə aid torpaqları əhatə edirdi. Həmin ilin iyulunda Heydər Əliyevin hakimiyyətə gəlişilə bu məsələ birdəfəlik gündəmdən çıxarıldı”. 
 
 
A.İsgəndərov onu da bildirib ki, Ermənistanın xəritə oyunu Azərbaycana heç bir problem yarada bilməz. O artıq Qarabağın Azərbaycan torpağı olduğunu etiraf edib və bu gerçəyi qəbullanıb:
 
“Bu gün Ermənistan sadəcə olaraq xəritə oyunu oynayır. Xəritələrin hər biri Sovet dönəmində tərtib olunub. Onlarda köklü fərq yoxdur, ola da bilməz. Necə ola bilərdi ki? Bugünkü gündə Azərbaycan nəyə nail olub? Bizim ən böyük nailiyyətimiz odur ki, qalib dövlət kimi iddialarımız daha çoxdur və qalib tərəfin şərtləri qəbul olunur hər zaman. Ermənistan hansı xəritəyə istinad edirsə etsin, yenə də o xəritələr Azərbaycana heç bir problem yarada bilməz. Dövlətimizin ən böyük uğuru odur ki, biz Ermənistanı “Qarabağ Azərbaycan torpağıdır” deməyə məcbur etdik. Sonuncu müharibədən sonra dünya da bunu qəbul etməyə məcburdur. Bu söz işğalçı dövlətin rəhbərinin dilindən çıxıb. Ermənistanı müdafiə edən dövlətlər də onun rəhbərliyinin dediyinə hörmətlə yanaşmalıdırlar, qəbul etməlidirlər bu həqiqəti. Başqa cür ola bilməz”.
 
 
Törə Zeynal

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hamısı