Azərbaycan XİN-dən Hindistana BAŞSAĞLIĞI

Azərbaycan Xarici İşlər Nazirliyi Hindistana başsağlığı verib. 
 
Ednews  xəbər verir ki, bu barədə Nazirliyin rəsmi Tvitter səhifəsində paylaşım edilib. 
 
"Hindistanda baş verən dəhşətli sərnişin qatarı qəzası xəbəri bizi dərindən kədərləndirdi. Bu faciəvi qəzada yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı verir, Hindistan xalqının və hökumətinin kədərini bölüşürük" - paylaşımda bildirilib.