Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla birlikdə Ankaranın Beştəpə rayonunda yerləşən “Külliye” prezident iqamətgahına gəlib.
Ednews xəbər verir ki, orada Bakı vaxtı ilə saat 19:00-da Prezident Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimi keçiriləcək.
Mərasimdə 21 dövlət başçısı, 13 Baş nazir və bir sıra nazirlərlə yanaşı, aralarında Türk Dövlətləri Təşkilatı, NATO və İslam Əməkdaşlıq Təşkilatı da olmaqla, beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.
Mərasimdən Ərdoğan yeni kabinetin tərkibini açıqlayacaq.
Qeyd edək ki, bu gün Ankaraya işgüzar səfər edən Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da sözügedən mərasimində iştirak edəcəklər.