Ceyhun Bayramov ABŞ rəsmisi ilə Azərbaycan-Ermənistan normallaşma prosesindən DANIŞDI

İyunun 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqanla telefon danışığı aparıb. 
 
Bu barədə Ednews-a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib 
 
Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlıq gündəliyi, eləcə də Azərbaycanla Ermənistan arasında normallaşma prosesindən irəli gələn məsələlər üzrə fikir mübadiləsi aparılıb. 
 
Azərbaycan və Ermənistan arasında son bir ay ərzində aparılan danışıqlar və gündəmdə duran açıq məsələlərin həlli perspektivləri barədə ölkəmizin mövqeyi diqqətə çatdırılıb. 
 
Haber Global Şuşadakı məsciddən reportaj hazırladı - "Ermənilərin vandallığı sərhəd tanımır"