Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Ukrayna tərəfinin müraciəti əsasında Prezident İlham Əliyevin tapşırığı ilə bu ölkəyə yardım göndərilməsini təqdir edib.
Ednews-un xəbərinə görə, bu barədə Peter Mixalko “Tvitter”-də paylaşım edib.
“Ukraynaya növbəti humanitar yardım göndərən Azərbaycana dərin təşəkkür və minnətdarlığımızı ifadə edirik! Bu, dəhşətli cinayətin - Kaxovka bəndinin dağıdılmasının nəticələrini aradan qaldırmağa kömək edir”, - deyə Peter Mixalko vurğulayıb.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri təcavüzkarların cavab verəcəyini, mülki infrastrukturun məhv edilməsinin müharibə cinayəti olduğunu qeyd edib.