Qahirədəki nümayəndə heyəti atəşkəs təklifi ilə bağlı şərtlərini vasitəçilərə təqdim etdikdən sonra şəhəri tərk edib.
Ednews xəbər verir ki, bu barədə Türkiyə mediası İsrail rəsmisinə istinadən məlumat yayıb.
Bildirilib ki, İsrail Rəfah və Qəzzada əməliyyatları davam etdirəcək.
Qeyd edək ki, bundan öncə HƏMAS vasitəçilərin atəşkəs təklifini qəbul etdiyini açıqlamışdı, İsrail isə bu şərtlərin qəbuledilməz olduğunu bildirmişdi.