Türkiyənin Azərbaycandakı səfirliyi Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümü ilə bağlı paylaşım edib.
Ednews xəbər verir ki, bu barədə səfir Cahit Bağçı “twitter“ hesabında paylaşım edib.
"Azərbaycanla köklü əlaqələrimizi müttəfiqlik səviyyəsinə çatdıran Şuşa Bəyannaməsinin 2-ci ildönümü mübarək! Şuşa Bəyannaməsinin məqsədlərinə və ortaq gələcəyə baxışa uyğun olaraq, biz Can Azərbaycan ilə müstəsna əlaqələrimizi bütün ölçüləri ilə davam etdirəcəyik", - məlumatda bildirilir.