Zəngəzur tamamilə ermənilərin nəzarətindən çıxır? Politoloqun RƏYİ

Siyasət 12:03 21.06.2023

Bəzi erməni ekspertlər düşünür ki, Zəngəzur tamamilə Ermənilərin nəzarətindən çıxacaq. Paşinyan da açıqlamalarında bu barədə narahatlığını bildirib. Bu ehtimallar nə dərəcədə doğrudur? Bu ehtimal həyata keçərsə region düzənində nə dəyişər?

Bu barədə Ednews-a politoloq İlyas Hüseynov bildirdi ki, regionda Azərbaycan və Ermənistan arasında siyasi nizamlanma prosesində vasitəçilərin aktivləşməsi fonunda 2023-cü ildə intensiv keçirilən danışıqlar bir-birini əvəz edir. Burada ilkin təəssürat bundan ibarətdir ki, kommunikasiya xətləri ilə bağlı bir mübarizə var, narahatlıq mövcuddur və Qərbin irəli sürdüyü əsas tezis əvvəlcə elə Ermənistanın baş naziri tərəfindən dəfələrlə söylənilib. Bu, kommunikasiyalar üzərində suverenlik tezisidir: 

“Eyni zamanda burada Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər əraziləri arasında, Ermənistanla Qarabağ iqtisadi zonası arasında olan nəqliyyat bağlantıları, yollar, kommunikasiyalar bu gün həm də vasitəçilərin özlərinin maraqları dairəsinə düşüb. Həmçinin nəzərə almalıyıq k, Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyaya qarşı çox ciddi iqtisadi sanksiyalar tətbiq olunur, məhdudiyyətlər müşahidə olunur və əlbəttə bu sanskiyalar həm də Cənubi Qafqazda Rusiyanın güclənməsi, təhlükəsizlik adı altında nəqliyyat yollarına nəzarəti Qərb üçün qəbul olunan deyil.

Azərbaycan öz suveren hüquqlarından istifadə edərək Laçın yolu üzərində nəzarət-buraxılış məntəqəsini qurduqdan sonra artıq Ermənistan da 10 noyabr üçtərəfli bəyanatın 9-cu maddəsini şübhə altına qoyur. İrəvan qəsdən belə fikirlər irəli sürür ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları təhlükəsizliyi təmin etməyəcək. Mənə belə gəlir ki, danışıqlar mahiyyəti və məntiqi üzrə məhz 10 noyabr üçtərəfli bəyanatdan irəli gələn predmetlə masaya yatırılmışdı, müzakirə olunurdu və üç ilə yaxın müddət ərzində keçirilən danışıqlardan sonra artıq belə bir fikri irəli sürmək məntiqdən kənardır. Bu, həm də Ermənistan-Rusiya arasında ziddiyyətli münasibətlərindəki ziddiyyətlərin bir göstəricisidir, eləcə də Ermənistanın Qərbə meyllənməsini gücləndirməsinin daha bir nümunəsidir”.

Politoloqun sözlərinə görə, heç şübhəsiz ki, Ermənistanın baş nazirinin müavini-danışıqlarda bilavasitə iştirak edən Mger Qriqoryan qeyd etdiyimiz fikirləri Ermənistanın maraqlarından və suveren hüquqlarından irəli gələrək demir, daha çox Qərbdəki təlimatçıların fikirlərinin yerinə yetirir: 

“Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq məqsədini güdən bu cür açıqlamalar həm də iqtisadi nəqliyyat əlaqələrinin bərpa olunmasına və sülh müqaviləsinin imzalanmasına qarşı olan bir demarşdır. Moskvanın bu demarşa qarşı İrəvanı sıxışdırmaqla cavab verəcəyi gözləniləndir. Rusiya Zəngəzur dəhlizinə, açılacaq kommunikasiya xəttinə nəzarəti 10 noyabr üçtərəfli bəyanatının tələbinə uyğun olaraq Rusiya təhlükəsizlik qüvvələrinin nəzarət etməsini təmin etməkdə qərarlı olacaq. Ermənistanın bu məsələdə Rusiyanın önünə keçməyi bacarması asan deyil”.   

Oğuz

İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
14:44 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:40 09.05.2024
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
14:27 09.05.2024
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
14:20 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:18 09.05.2024
Türkiyənin Müdafiə Nazirliyi: Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçirəcəyik
14:00 09.05.2024
Türkiyə COP29-da iqlim dəyişikliyi ilə bağlı "yol xəritəsi"ni açıqlayacaq
13:40 09.05.2024
PSJ baş məşqçisi ilə bağlı qərar verib
PSJ baş məşqçisi ilə bağlı qərar verib
13:20 09.05.2024
Ərdoğan: Aİ Türkiyə ilə əlaqələrə zərbə vura biləcək siyasətdən imtina etməlidir
13:00 09.05.2024
Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, yeddi polis saxlanılıb
12:40 09.05.2024
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO
12:20 09.05.2024
“İrana qarşı müharibə başladıla bilər...” – Türkiyəli Politoloq
12:00 09.05.2024
Moskvada Qələbə paradı keçirilir
Moskvada Qələbə paradı keçirilir
11:50 09.05.2024
Bu mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək – SİYAHI
11:35 09.05.2024
Bəzi ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava
11:30 09.05.2024
Bu şəxslərə 2000 manat ÖDƏNİLDİ – RƏSMİ
11:15 09.05.2024
İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib
11:01 09.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
10:45 09.05.2024
Onlayn alış-verişlə bağlı dələduzluq edən 21 yaşlı gənc SAXLANILDI
10:30 09.05.2024
Bayden ABŞ-ın İraq və Əfqanıstanla bağlı səhvlərini ETİRAF ETDİ
10:15 09.05.2024
İkinci Dünya Müharibəsinin iştirakçısı: "Sevincimdən özümü ikinci mərtəbədən atdım" - MÜSAHİBƏ
10:00 09.05.2024
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
09:45 09.05.2024
Mehriban Əliyevadan Faşizm üzərində Qələbə Günü ilə bağlı PAYLAŞIM
09:30 09.05.2024
Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
09:00 09.05.2024
Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
Hamısı