Azərbaycan-Pakistan münasibətləri hansı müstəvidədir? Qabil Hüseynli AÇIQLAYIR

Siyasət 12:02 22.06.2023

Azərbaycanın başda Türkiyə olmaqla, türk dövlətləri ilə müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi prosesi paralel olaraq nüvə silahına malik yeganə müsəlman dövləti Pakistan İslam Respublikası ilə də aparılır. Ötən həftə Pakistanın baş naziri Şahbaz Şərifin Azərbaycana ilk rəsmi səfərinin reallaşması ilə iki dost ölkənin münasibətlərində yeni bir mərhələ başlanmış hesab edilir. Səfərin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı səfərindən cəmi bir gün sonra həyata keçirilməsi də diqqətdən yayınmadı.

Azərbaycan-Pakistan münasibətləri hər iki dövlətin dünyada mövqeyinə necə təsir edir?

Pakistan-Azərbaycan münasibətlərini Ednews-a şərh edən politoloq Qabil Hüseynli bildirdi ki, Azərbaycan xalqı ilə Pakistan xalqı arasında dostluq əlaqələrinin tarixi kökləri var: 

“Azərbaycan müstəqilliyini bərpa etdikdən sonrakı müddətdə isə dövlətlərimiz arasında rəsmi səviyyədə əməkdaşlıq, gözlənildiyi kimi, vüsət aldı. Bu gün artıq əlaqələr strateji müttəfiqlik münasibətləri səviyyəsinə qədər yüksəlməkdədir. Azərbaycan və Pakistan arasında çoxşaxəli münasibətlər mövcuddur. Humanitar, iqtisadi, hərbi, səhiyyə və digər sahələrdə sıx əməkdaşlıq münasibətləri var. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Bu amil Azərbaycanla Pakistanın istənilən məsələdə birgə hərəkət etməsində, istənilən sahədə əməkdaşlıq münasibətləri qurmasında öz müsbət təsirini göstərir. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Diplomatik əlaqələrin əsası isə 1992-ci ilin iyununda qoyulub. Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılıb, Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqustunda başlayıb. İki dövlət arasında münasibətlərin inkişafı üçün ümummilli lider Heydər Əliyev böyük xidmətlər göstərib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”. 

Politoloq qeyd etdi ki, Pakistanla Azərbaycan arasında dostluq telləri o qədər güclüdür ki, Pakistanda hakimiyyətə kimin, hansı siyasi qüvvənin gəlməsindən asılı olmayaraq münasibətlər yüksələn xətlə davam edib və edir: 

“Münasibətlərimizin müttəfiqlik səviyyəsinə çatması həm də hər iki ölkənin dünyada mövqelərini gücləndirir. İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir. Pakistan keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilk vaxtlardan öz qəti mövqeyini bildirib. Ermənistanı işğalçı adlandırıb. Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini soyqırımı kimi tanıyıb”.

Oğuz

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Ramil İsgəndərli: "Müharibənin mənfi nəticələrinin aradan qalxmasında QHT-lərin çox böyük rolu oldu" - VIDEO
11:00 18.05.2024
ABŞ-dan Kiyevə QADAĞA
ABŞ-dan Kiyevə QADAĞA
10:52 18.05.2024
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
10:41 18.05.2024
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
10:30 18.05.2024
Mədəniyyət ocağının acınacaqlı vəziyyətə düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
10:30 18.05.2024
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
10:15 18.05.2024
Kirayə qaldığı evi satan kirayəçini neçə il həbs gözləyir? - Ekspertlərin RƏYİNDƏ
10:00 18.05.2024
Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO
09:40 18.05.2024
Hamısı