“Keçən ay üçüncü ölkənin ərazisində Xankəndi-Bakı formatında görüşmək imkanı olub, lakin görüş baş tutmayıb”.
Ednews xəbər verir ki, bunu Qarabağdakı qondarma “Azad Vətən” fraksiyasının rəhbəri Artur Arutyunyan deyib.
Onun sözlərinə görə, Xankəndi Bakı ilə birbaşa dialoq üçün belə bir təklif almışdı:
"Bu görüş Amerika tərəfinin vasitəçiliyi ilə keçirilməli idi. Lakin Xankəndi gündəmdə duran reinteqrasiya məsələlərindən narahat oldu. Bu baxımdan görüş baş tutmadı", - deyə Arutyunyan bildirib.
Xatırladaq ki, Azərbaycan Prezident Administrasiyası reinteqrasiya ilə bağlı təmasları davam etdirmək, o cümlədən Qarabağda infrastruktur layihələrinin həyata keçirilməsini müzakirə etmək üçün dəfələrlə Qarabağın erməni icmasının nümayəndələrini görüşə dəvət edib. Qeyd edək ki, bu görüş Bakıda keçirməli idi.
Separatçılar isə görüşün Bakıda deyil, sülhməramlıların qərargahında, sonra isə “beynəlxalq vasitəçilərin” iştirakı ilə keçirilməsini tələb ediblər.