Cənubi Qafqazda güc savaşı ABŞ və Rusiya hansı maraqları güdür?

Siyasət 13:49 06.07.2023

Sülh müqaviləsinin imzalaması üçün Qərbdən İrəvana təzyiq edildiyi uzun müddətdir erməni mediasının gündəmindədir. Erməni mənbələrinə görə, bu təzyiq vasitələrindən biri də Ermənistan rəhbərliyinin Rusiyaya beynəlxalq sanksiyalardan yan keçməsinə kömək etməsi faktı ilə əlaqəlidir. Təsadüfi deyil ki, ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə nümayəndəsi yaxınlarda bunu İrəvanda müzakirə etmişdi.

Bu barədə Ednews-a şərh verən politoloq Oqtay Qasımov bildirdi ki, məsələyə yalnız bir bucaqdan baxmaq doğru olmaz. Təzyiq yalnız Ermənistanın Rusiyaya sanksiyalardan yayınmağa kömək etməsi ilə bağlı deyil: 

“Dediyim kimi, ABŞ-ın bölgədə maraqları var. Bu maraqların əsas prinsipi Rusiyanın bölgədə sıxışdırılmasıdır. Bunun üçün Rusiyanın regionda qalmasına zəmin yaradan münaqişələrin aradan qaldırılması təmin edilməlidir. ABŞ Cənubi Qafqazı sülh və sabitlik bölgəsi kimi görmək istəyir. Buna görə də, sülh prosesini irəli aparmaq üçün zaman-zaman ölkələrə təzyiqlər edir. Əlbəttə, hazırkı durumda bu təzyiq daha çox Ermənistana olunmalıdır, edildiyini də düşünürəm. Bunun səbəblərindən biri də, Ermənistanın hələ də Qarabağda silahlı birləşmələrinin qalması və separatçılara dəstəyini davam etdirməsi ilə bağlıdır. Üstəgəl, tez-tez sülh prosesini ləngidən təxribatlara əl atır. Bu da ABŞ-ın maraqlarına uyğun deyil.

Təbii ki, Ermənistan şirkətlərinin sanksiyalardan yayınması üçün Rusiyaya yardımı Qərbin diqqətindədir. Məsələ ilk dəfə Paşinyan martda Almaniyada səfərdə olarkən qaldırılıb. Mətbuat konfransında sual şəklində Paşinyan və Almaniya kanslerinə yönəldildi. Bundan sonra Avropa və ABŞ-ın nüfuzlu media qurumlarında buna həsr olunmuş materialları gördük. Nəhayət, sanksiyaları pozan Ermənistan şirkətləri ABŞ-ın sanksiya siyahısında əlavə edildi. Bununla bağlı bir neçə dəfə publik şəkildə Ermənistana eyham vuruldu, bağlı qapılar arxasında isə açıq şəkildə çağırış olundu. Əlbəttə, bunun Ermənistanın davranışlarına müəyyən təsirləri var”.

Siyasi şərhçi qeyd etdi ki, Ermənistanın Ukrayna-Rusiya müharibəsinə yanaşması ilə bağlı da suallar var:

“Müharibənin ilk aylarında Ermənistan ordusunun arsenalında olan təyyarələr Rusiyaya göndərilmişdi və bunlar Ukraynaya qarşı istifadə olunmuşdu. Əlbəttə, Qərbdə bu kimi faktlar diqqətə alınır. Bu məsələlərin hər birinin prosesə müəyyən təsirləri var. Yəni təzyiq vasitələri ən müxtəlifdir.

Ermənistandan tələb olunan budur ki, bölgədə sülh və sabitliyin bərpa edilməsinə öz töhfəsini versin, konstruktiv davransın və hüququ axına qarşı getməsin. Bunun üçün Ermənistana müəyyən təzyiqlər edilir. Çünki Azərbaycanın mövqeyi həm konstruktivdir, həm beynəlxalq hüquqa tam uyğundur, həm də ədalətlidir. Ona görə də, Azərbaycan danışıqlarda konstruktiv və ən güclü tərəf kimi çıxış edir”.

Oğuz

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
11:20 19.05.2024
Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
11:00 19.05.2024
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
10:40 19.05.2024
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
Hamısı