“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi bu ilin sonuna qədər imzalanması mümkün olar, ancaq Rusiya qarışmasa”.
Bu sözləri Ednews-a açıqlamasında jurnalist, Misra TV-nin rəhbəri Fuad Abbasov deyib. Onun sözlərinə görə, Rusiya Azərbaycan və Ermənistanı istifadə etməklə, bu ölkələrə Qarabağ problemi vasitəsilə təsir göstərməyə davam etmək istəyir:
“Qarabağ problemi Rusiyanın Qafqazda mövcudluğunun qarantiyasıdır. Qarabağ problemi həll olarsa Azərbaycanla Ermənistan arasında münasibət çözülərsə və dostluq əlaqələri yaradılarsa Rusiyanın ən böyük problemi meydana gələr. Çünki, onun Qafqazda mövcudluğu şübhə altına qalar. Sən burda nə üçün lazımsan? Aramız düzəldi, sülhməramlıları çıxart, sabah, bir gün Paşinyan deyəcək ki, gömrükdəki hərbi birliyi də çıxart və biz Türkiyə ilə, İranla da dostlaşırıq. Bütün bunlar Rusiyaya sərf etmir. Onun üçün Vaşinqton formatına nəzər yetirək, sülhə çağırır, Brüssel formatı da sülhə çağırır. Eləcə də Kişniyov görüşmələri də sülhə çağırış edir. Bu gün də Qarabağda meydana gələn hadisələr, aksiyalar, mitinqlər də Moskvadan gələn əmrlərdir. Bu əmrləri Araik Artunyan həyata keçirir. Sülhməramlılar nəzarət edir. Nəticə etibarı ilə videolar, fotolar çəkib Moskvaya hesabat olaraq göndərirlər. Bu o vaxta kimi davam edəcək ki, Rusiya Qafqazda mövcudluğunu, maraqlarını qoruyacaq. Ya Ukrayna müharibəsindən, ya Türkiyə ilə əlaqələrdən dolayı, ya da başqa səbəblərdən Rusiya Qafqazdan əlini üzsə I Pyotrun vəsiyyətlərinə geri addım atsa o zaman Qafqazda sülh mümkündür. Sülh müqaviləsi prosesi müəmma olaraq qalmaqda davam edəcək. Nə qədər ki, sülhməramlılar ordadı, nə qədər ki, Rusiya mövcudluğunu qoryur, bu məsələnin həll yolu tapılmayacaq. Çünki münaqişə Moskvanın maraqları çərçivəsindədir”.
Oğuz