İyulun 25-də Fələstin prezidenti Mahmud Abbas, iyulun 28-də isə İsrailin baş naziri Benyamin Netanyahu Türkiyəyə səfər edəcək. Prezident Ərdoğan eyni həftə ərzində Abbas və İsrailin baş naziri Netanyahunu Türkiyədə ayrı-ayrılıqda qəbul edəcək. Prezident Ərdoğanın dəvəti ilə Türkiyəyə gələcək liderlər aktual regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Son Türkiyə seçkilərinin qalibi prezident Ərdoğan görünür siyasi arenada artıq öz xəttini bəlirləyib. Rusiyanın bu cür çətin dönəmlərindən çox ideal bir şəkildə istifadə edən Türkiyə, keçən həftə qərb yönümlü addımlar atması, indi isə Yaxın Şərq regionunda, ən çox problem çəkdiyi ölkələrlə - Fələstin və İsrail ilə münasibətlərini stabilləşdirmək addımları artıq ölkəni bir neçə addım öndə olmasına şərait yaratmışdır. Ərdoğan yaxın keçmişdə nə qədər İsraili Fələstindəki fəaliyyətlərinə görə qınasa da, sözsüz özü də yaxşı bilir ki, həm ölkəsində, həm də İsraildə ona pərəstişkarlıq edən yetərincə yəhudi bir toplum var. Qardaş ölkə olaraq saydığı Azərbaycanın İsrail ilə yaxın münasibət saxladığını nəzərə alsaq artıq Ərdoğanın da yaxın şərqdə daha çox İsrail yönümlü siyasət xətti çəkəcəyini gözləyə bilərik.
Bundan savayı olaraq Türkiyə üçün keçmişdə tarixi əlaqələri olan torpaqlarda siyasi bir güc əldə etməsi, onun regionda Amerika ilə birlikdə ən güclü aktora çevirəcəkdir. Bu da öz yerində Rusiyanın tarix boyunca sahib olduğu “isti sulara enmək” siyasətini çətin bir vəziyyətdə qoyacaqdır.