Separatçı rejimin keçmiş müdafiə naziri Samvel Babayan Xankəndi və Bakı arasında həm Laçın dəhlizindən, həm də Ağdamdan keçən yoldan istifadəni nəzərdə tutan sazişlərə ehtiyac olduğunu bildirib.
Ednews armeniatoday saytına istinadən xəbər verir ki, Ermənistanın İctimai Televiziyasına müsahibəsində o, Azərbaycanla dialoqun zəruriliyini vurğulayıb:
“İndiki vəziyyətdə hökumətimiz və hakimiyyət orqanları rəsmi Bakı ilə danışıqlar prosesinə başlamalıdır. Ermənistanın mövcud iqtisadi, sosial vəziyyəti də bu danışıqlardan asılıdır”, deyə Babayan bildirib.
O, Xankəndidə mitinqlərin keçirilməsinin Qarabağda vəziyyətə təsir etməyəcəyini də bildirib.
“Dünyada hər gün 200 minə yaxın insan aclıqdan ölür, bir milyarddan çox insan aclıq çəkir, amma heç kim buna əhəmiyyət vermir. İstədiyiniz qədər mitinq edin, amma heç nə alınmayacaq”, - deyə o vurğulayıb.
Oğuz