Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan BMT Təhlükəsizlik Şurasında Qarabağdakı vəziyyət və Laçın dəhlizi ilə bağlı müzakirədən İrəvanın gözləntilərindən danışıb.
Ednews erməni mediasına istinadən xəbər verir ki, onun sözlərinə görə, Təhlükəsizlik Şurası müzakirələr nəticəsində müvafiq qərarlar qəbul edəcək.
"Məsələn, BMT-nin Humanitar Yardım İdarəsi vasitəsilə humanitar yardımın göstərilməsi, faktaraşdırıcı missiyanın göndərilməsi barədə qərar, Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti qərarının icrası ilə bağlı qətnamə də ola bilər”.
Marukyanın sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının sərəncamında olan vasitələrin arsenalı çox böyükdür.
“Digər bir sual, Təhlükəsizlik Şurasının bu arsenaldan hansı alətdən istifadə edəcəyi, ümumiyyətlə istifadə edilib-edilməyəcəyi və müzakirədən hansı nəticənin çıxarılacağıdır”, - Marukyan bildirib.
O, bildirib ki, müzakirənin nəticələri “çox fərqli ola bilər, nəticənin nə olacağını heç kim proqnozlaşdıra bilməz”.
Oğuz