Xəbər verdiyimiz kimi, avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər.
Bu barədə Ednews-a şərh bildirən türkiyəli politoloq Həsən Oktay bildirdi ki, Özbəkistan dövlətinin bu cür addım atması olduqca önəmli və təqdirəlayiqdir:
“Qardaş Azərbaycanın 44 günlük müharibədə işğaldan azad etdiyi torpaqlar türk dövlətləri tərəfindən böyük rəğbətlə qarşılanmışdı. Türkiyə dövləti başda olmaqla. Təhsil sahəsində keçirilən görüşlər, imzalanan sənədlər, ucalan binalar, əməkdaşlıqlar inkişaf edərkən Türk Birliyinin Azərbaycana verdiyi dəyəri göstərir. Türk dünyasının ən mühüm mədəni coğrafiyası olan Özbəkistan, Azərbaycana olan maraq və marağını günü-gündən artıraraq, bunu bir məktəb açılışı ilə taclandırır, yaxın günlərdə isə Azərbaycana təhsil verəcək bir universitet quruluşu ilə dəstək verəcək”.
Oğuz