Ermənistan Telegram seqmentində Google xəritələrində Sünik (Ermənistan) və Naxçıvanı birləşdirən magistralın bir hissəsinin 2023-cü ilin dekabrında açılacağı ilə bağlı maraqlı məlumatın görünməsi ilə bağlı təşviş başlayıb. Maraqlısı isə xəritədə göstərilən hissənin məhz Zəngəzur dəhlizinin keçdiyi ərazi olduğu vurğulanıb.
Ermənilər buna görə ABŞ-ı təxribatda ittiham ediblər:
“Google öz xəritələrini milli kartoqrafiya institutlarının məlumatları əsasında yaradır. Ermənistanda bu cür qurumlar çoxdan dağıdılıb, Rusiya açıq-aydın Google-a məlumat ötürə bilməzdi, əgər Azərbaycan məlumat ötürsəydi, o zaman Ermənistan ümumiyyətlə mövcud olmazdı, bu isə, nə cür adlandırılmasından asılı olmayaraq, yeganə variant ABŞ Milli Kartoqrafiya İnstitutundan məlumat almaqdır”,- deyə qeyd olunub.
Nurlana