"105 il olduğu kimi hər zaman bir ürək, bir yumruqla Azərbaycanın yanında olacağıq"
Ednews xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi rəsmi saytında paylaşıb:
"Bakının düşmən işğalından azad edilməsinin 105 illiyi mübarək. Azərbaycan türk qardaşlarımızı tək qoymayan Nuri Paşanı və onun tabeliyində olan Qafqaz İslam Ordusunun qəhrəmanlarını hörmət və rəhmətlə yad edirik. 105 il əvvəl olduğu kimi bu gün də Azərbaycan Türk qardaşlarımızla bir ürək, bir yumruq olmağa davam edəcəyik".
Xatırladaq ki, bu gün Bakının Osmanlı İmperiyası tərəfindən azad olunmasından 105 il ötür.