Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar regiona səfər edəcək.
Ednews xəbər verir ki, bu barədə Aİ-nin Ali Nümayəndəsi Cozep Borrel X hesabında bildirib.
Azərbaycanın antiterror hərəkətlərini nəzərə alaraq mən Aİ-nin Xüsusi Nümayəndəsi Toivo Klaarı bölgəyə göndərmək qərarına gəldim.
O, vəziyyət barədə məlumat verəcək", Borrel bildirib.