Umud Mirzəyev Vardanyanın Bakıya gətirilməsindən danışdı: “Həbs olunacağını bilirdim”

Siyasət 17:16 27.09.2023

Azərbaycan Dövlət Sərhəd Xidmətinin sentyabrın 27-də verdiyi məlumata əsasən, Qondarma Qarabağ Respublikasının “dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyan “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində saxlanılıb.


Məlumatda deyilir ki, 1968-ci il təvəllüdlü Vardanyan Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakıya gətirilib.

Məsələ ilə bağlı Ednews-a danışan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Vardanyanın gec-tez həbs olunacağına heç bir şübhəsinin olmadığını deyib. Onun sözlərinə görə, Qarabağda xaos yaratmağa çalışan, təxribatlarından əl çəkməyən Vardanyanın həbsi, üstəlik Bakıya gətirilməsi olduqca mühüm hadisədir:

“Çünki o, son illərin ən təhlükəli separatçılarından biri kimi ortalığa çıxmışdı. Vardanyanın 5-3 qəpiyi onu havalandırırdı. Atalar yaxşı deyib: "Su səhəngi su yolunda sınar". Vardanyan və onun kimilər Azərbaycan ərazisində qeyri-qanuni məskunlaşmış, təxribatçılıqla məşğul olurdular. Bu Azərbaycanın Konstitusiyasına zidd, beynəlxalq hüquq normalarını isə pozmaq demək idi.

Vardanyan təhsilini Avropada və ABŞ-da bitirib. 90-cı illərdən bəri maliyyə, bank işi, müxtəlif iqtisadi layihələrdə fəaliyyət göstərib. O, bu illərdə siyasət barədə düşünməyib. Vardanyan siyasətçi olmadığı qədər, hərbçi də deyil. Buna baxmayaraq, böyük şirkətləri və milyardları idarə edən Vardanyan Qarabağa köçməyə razılaşıb. Buradan aydın görünür ki, Vardanyan birbaşa Rusiyada fəaliyyət göstərən erməni lobbisi, diasporası tərəfindən idarə olunurdu”. 

Söhbət əsnasında U.Mirzəyev həmçinin Moskavda erməni diasporunun keçmiş rəhbəri Levon Ayrapetyanın Qarabağın işğalı üçün 150 milyon dollar büdcə ayırmasını da xatırladıb.

“Sonradan onu Moskvada həbs etdilər. Qondarma erməni soyqırımı"nın tanınması üzrə xaricdə önəmli simalardan biri kimi tanınan Ayrapetyanın "Kingiseppski" mütəşəkkil cinayətkar qrup ilə əlaqədə olduğu ortaya çıxmışdı. Ümumiyyətlə, Paris, London, ABŞ-da erməni diasporalarının mənfur separatçıları Azərbaycana qarşı təxribatçılıqlarını uzun müddət davam etdiriblər. Onlardan ad da çəkə bilərəm: Zareh Sinanyan, Ara Abrahamyan və digərləri”.

Sonda Umud Mirzəyev qeyd edib ki, azərbaycanlılara qarşı cinayət törədənlərin hamısını Ruben Vardanyanın aqibəti gözləyir. 

“Ədalət hər zaman öz yerini tapır. Sadəcə olaraq bunun zamanı gec də ola bilər, tez də. 30 ildə əli azərbaycanlıların qanına batan canilər layiqli cavablarını alacaqlar. Xocalıda, Ağdabandda, Meşəli və digər ərazilərimizdə insanlarımızı işgəncə ilə öldürən hər kəs bunu bilməlidir, bir gün cavab vermək sırası onlara da çatacaq”.

Qeyd edək ki, 29 iyul 2023-ci il tarixində Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən biri Vaqif Xaçaturyan da Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Oğuz

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
11:53 05.07.2025
Azərbaycana qarşı döyüşmüş separatçı Ermənistanda saxlanıldı
11:38 05.07.2025
Kür çayında gənc oğlan boğulub
11:23 05.07.2025
İlham Əliyev Nikolas Maduronu təbrik edib
11:10 05.07.2025
ABŞ Ukraynaya "Patriot" tədarükünü bərpa edəcək
10:34 05.07.2025
Hamısı