Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası Ermənistanın Dövrü Hesabatına alternativ hesabat təqdim edib

Siyasət 20:24 03.10.2023

2023-cü il 25 sentyabr tarixində Birləşmiş Millətlər Təşkilatının İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitəsinin 74-cü sessiyası öz işinə başlamışdır. 2023-cü il ilin oktyabr ayının 13-nə qədər davam edəcək sessiyada Ermənistan dövlətinin BMT-nin İqtisadi, Sosial və Mədni Hüquqlar üzrə Beynəlxalq Pakt üzrə Komitəyə təqdim etdiyi 4-cü dövrü hesabat da müzakirə olunur. 

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai birliyi komitəyə Ermənistan tərəfindən Paktın 15-ci maddəsinin pozulması, Ermənistanda Azərbaycan xalqına qarşı nifrət təbliğatına və irqçi siyasətə dair iki alternativ hesabat təqdim etmişdir.

Sessiyanın gedişi dövründə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov BMT İnsan Hüquqları üzrə Ali Komissar ofisinin məsul vəzifəli şəxsləri, həmçinin Komitənin Ermənistan üzrə həməruzəçiləri ilə görşümüş, bəyanatı və abidələrin dağıdılmasını nümayiş etdirən nəşrləri təqdim etmişdir. 

Sahib Məmmədov 3 oktaybar tarixində Komitə üzvləri (işçi qrupa daxil olanlar) Alternativ hesabat təqdim edən maraqlı tərəflərlə görüşmüdür. Həmçinin Komitə üzvləri üçün keçirilən birifinqdə alternativ hesabatlara dair məlumat vermişdir. Sahib Məmmədov bəyanatı səsləndirmişdir. Bildirmişdir ki, hesabatlardan biri Ermənistanın işğal edərək 30 il ərzində nəzəarətdə saxladığı ərazilərdə Azərbaycan xalqına məxsus mədəni irsin dağıdılması, qəristanlıqlarda qızıl diş axtarmaq məqsədi ilə 30 000 artıq qəbristanlığın dağıdlması, muzey sərəvətlərinin talanması ilə bağldır. İkinici hesabat isə hazırkı Ermənistada ermənilər tərəfindən məhv edilmiş və Azərbaycan xalqına məxsus mədəni irsin tam olaraq dağıdılmasına aiddir. Sahib Məmmədov brifinqdə təşkilatlar adından bəyata təqdim etmiş və komitə üzvlərinin suallarını cavablandımışdır.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai birliyi tərfindən BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitəsinə təqdim edilən və BMT-nin rəsmi veb səhifəsində Ermənistanın 4-cü dövrü hesabata paralel olaraq yerləşdirlən hesabatlarla aşağıdakı linklərdə tanış olmaq olar.
4 və 5 Oktyabr tarixlərində Komitə tərəfindən Ermənistanın dövrü hesabatı dinləniləcək.

https://tbinternet.ohchr.org/_layouts/15/treatybodyexternal/Download.aspx?symbolno=INT%2FCESCR%2FCSS%2FARM%2F55551&Lang=en
https://tbinternet.ohchr.org/_layouts/15/treatybodyexternal/Download.aspx?symbolno=INT%2FCESCR%2FICO%2FARM%2F46508&Lang=en

Bəyanatın tam mətni:

BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitəsinin 74-cü sessiyası Komitə üzvləri üçün keçirlən brifinq üçün təqdim olunacaq.

Bəyanat  - Cenevrə 4 oktyabr 2023

Ermənistan dövləti və müxtəlif dövrlərdə ona rəhbərlik etmiş hakimiyyətlər  məqsədli şəkildə, irqi nifrət zəmnində hazırda Ermənistan əraziləri olan tarixən azərbaycanlıların məskunlaşdığı ərazilərdə yerləşmiş minlərlə yer adlarını, toponimləri, o cümlədən bütün inzibati-ərazi vahidlərinin adları dəyişdirilərək erməniləşdirilmişdir. Ermənistan ərazisində olan və Azərbaycan xalqına məxsus olmuş tarixi, arxitektura abidələri, o cümlədən dini məbədlər tam məhv edilmişdir. Coğrafi adlar, o cümlədən dağ, çay, göl və s. təbii obeyktlərin adları dəyişdirilmişdir.  Ermənistan hesabat dövründə də bu fəaliyyətini davam etdirmiş Azərbaycanlılara məxsus olmuş məşhur “Təpəbaşı” adlanan tarixi kompleksi məhv edərək yerində yaşayış binalarının inşasına başlamışdır. Hazırda Ermənistanda Azərbaycan mənşəli toponimlər, yer və coğrafi adlar qalmamışdır. 

Təqdim olunan hesabatda dağıdılmış, məhv edilmiş, konstruktiv dəyişiklik edilərək erməni mədəni (dini) abidələri və ya bəzi hallarda fars mədəni (dini) abidələri kimi təqdim edilən bəzi abidələr, qəbristanlıqlar haqqında qısa məlumatlar əks olunub. Komitə üzvlərini həmin hesabatlarla tanış olmağa dəvət edirik. 
Beləliklə,  Ermənistan Respublikası öz ərazilərində “İqtisadi, Sosial və Mədni Hüquqlar Haqqında Beynəlxalq Pakt”ın 15-ci maddəsinin tələblərini ciddi surətdə pozaraq başqa xalqa məxsus mədəni irsi məhv etmişdir. Ermənistan tərəfindən davamlı olaraq həyata keçirlən və hazırda da davam edən bu fəaliyyətlər irqi nifrət zəmnində həyata keçirlir və əsas məqsəd həmin ərazilərdə azərbaycanlıların tarixən təşəkkül tapmasını sübut edən bütün tikililərin dağıdlması, izinin itirilməsi və yer adlarının və coğrafi adların ləğv edilməsidir. 

XX yüzilin əvvəllərində İrəvan (hazırda Yerevan) quberniyası ərazisində 310 məscid qeydə alınsa da, 1915-ci ildə İrəvan və Zəngəzur quberniyasının ərazisində məscidlərin sayı 391-ə qədər artıb, onlardan 382 şiə, 9 sünni məscidi kimi fəaliyyət göstərib. 1918-ci ildən başlayaraq bu məscidlərin hamısı ermənilər tərəfindən dağıdılaraq məhv edilib. 1988–1991-ci illərdəki deportasiya zamanı azərbaycanlıların tərk etmək məcburiyyətində qaldıqları ərazilərdə 234 məktəb, 214 kitabxana, 268 mədəniyyət müəssisəsi, 235 səhiyyə ocağı, 112 uşaq bağçası, 152 məişət evi zəbt edilib. 223 qəbiristanlıq, 49 məscid, 68 tarixi-memarlıq abidəsi tədricən vandalizmə məruz qalıb. Hazırda Ermənistan ərazisində – paytaxt Yerevanda  yalnız Göy məscid, bölgələrdə isə bir neçə məscid qismən salamat qalıb ki, onlar da konstruktiv dəyişikliklərdən sonra  fars (İran) məscidi kimi təqdim edilir. 

Ümumilikdə, 5000-dən çox maddi-mədəniyyət abidəsi ermənilər tərəfindən şüurlu, planlı şəkildə məhv edilib, mənimsənilib, bütün toponimlər erməniləşdirilib və ya qismən farslaşdırılıb. Həyata keçirlən bu dağıdıcı fəaliyyətin kökündə irqçilik və nifrət dayanır. Müasir Ermənistan ərazisində hazırda Azərbaycan xalqının bu ərazilərdə tarixən təşəkkül tapmasını və minilliklərlə yaşamasını sübut edən demək olar heç bir tikili (o cümlədən dini obyekt), qəbrsitanlıq, yer adları və coğrafi adlar qalmayıb.

Bununla da Ermənistan Respubulikası  “İqtisadi, Sosial və Mədni Hüquqlar Haqqında Beynəlxalq Paktın” müvafiq maddətlərinin tələblərini pozamaqla yanaşı, həmçinin BMT-nin “İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğvi Haqqında Beynəlxalq Konvensiya”sının
"Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiya”sının,"Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il konvensiyasının, Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair Konvensiya”-nın (20 oktyabr 2005-ci il UNESCO) əsas prinsiplərini,habelə “Avropanın memarlıq irsinin qorunması haqqında Konvensiya”-nın (3 oktyabr 1985) tələblərini ciddi surətdə pozmuşdur.

Ermənstan zəbt edərək 30 ildən artıq nəzarətində saxladığı 20% Azərbaycan ərazilərində də azərbaycanlılara məxsus olan bütün mədəni irsi, infarstrukturu, yaşayış məntəqələrini tamailə dağıtmış, ərazilərə bir milyondan çox mina basdırmışdır. Ətraf mühitə bərpası mükün olmayan zərər vurlumuş yüşlərlə flora və fauna nümunələri məhv edilmişdir. 

1992-2020-ci illər arası dövrdə Ermənistanın nəazarəti altında olan ərazilərdəki qəbristanlıqlarda qızıl axtaran yüzlərlə dəstələr fəaliyyət göstərmişdir. Yerli əhalinin əksəriyyəti qızıl dişlərdən istifadə etdiyi üçün vəfat edən şəxslərin qəbrləri qazılaraq onların cəsədində olan dişlər çıxarılmışdır. İndiyədək 30 000 artıq qəbirin qızıl axtarmaq məqsədi ilə dağıdıldığı müəyyən edilmişdir. Hazırda müəyyənləşmə prosesi davam edir. Ermənistan tərəfində bu qəbirqazma işlərini ironik olaraq  “gold fever” adlandırırdılar.

Komitə üzvlərindən xahiş edirik ki, Ermənistan dövlətindən aşağıdakılar barədə sorğu verməyi xahiş edirik:

Ermənistan dövləti başqa xalqlara, əsasən də azərbaycan xalıqna aid olan mədəni irsin mühafizəsi üçün  hər hansı tədbirlər görübmü?
Ermənistan ərazisində azərbaycan xalıqna məxsus olan hər hansı mədəni  və ya dini obeykt qalıbmı? Qalıbsa onların mühafizəsi necə təmin olunub?
Ermənistanın dövləti 30 il ərzində nəzarətə saxladığı Azərbaycan ərazilərində mövcud olan qəbristanlıqlarda qazıtı işləri aparan və ölmüş insanların  qızıl dişləri çıxarmaq üçün qızılaxtaran dəstələr barədə məlumatlı idilərmi? Məlumat var idisə belə insanlara qarşı hansı tədbirlər görülüb?

Hazırda Ermənistan ərazisində Azərbaycan mənşəli coğrafi adları, toponimləri, şəhər, kənd və qəsəbə adları vardırmı?

1988-ci ilin dekabr ayına qədər Ermənstanda yaşamış 250 000 azərbaycanlıya aid olan və fəaliyyət göstərmiş dini obyektlər, teatr binaları, muzeylərdən  hal-hazırda mövcud olanı varmı? Varsa təyinatı üzrə istifadə olunurmu?

"Ermənistan sülh yolu ilə getməsə, Azərbaycan başqa üsullar tapacaq" - Aleksey Naumov - VİDEO

Xəbər xətti

BMT Somaliyə humanitar yardım üçün 228 milyon dollar cəlb etmək niyyətindədir
07:25 08.05.2024
Ukrayna rəsmisi: Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatıq
06:40 08.05.2024
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
05:33 08.05.2024
Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib
04:21 08.05.2024
Azərbaycan parataekvondoçuları Avropa çempionatında iştirak edəcək
03:19 08.05.2024
Şotlandiyanın yeni hökumət başçısı məlum olub
02:18 08.05.2024
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
01:00 08.05.2024
202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb - SƏBƏB
00:16 08.05.2024
Paşinyan: “KTMT-nin Ermənistanda qalması üçün müharibə lazımdır”
23:44 07.05.2024
Aygün Bəylərin ailəsi tiktoker Ləmanla bağlı polisə şikayət edib
23:23 07.05.2024
DİQQƏT! Səhiyyə Nazirliyi və Elektron Təhlükəsizlik Xidməti əhaliyə müraciət edib
23:09 07.05.2024
Kilian Mbappenin "Real"da geyinəcəyi forma nömrəsi bəlli olub
23:00 07.05.2024
Polşada ölkənin avroya keçməyə hazırlığı qiymətləndirilib
22:33 07.05.2024
Naxçıvanda ASAN Vəkil Bürosu açılıb
22:12 07.05.2024
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib
21:54 07.05.2024
Quterreş: Qəzzada atəşkəs əldə olunmasa, faciə baş verəcək
21:30 07.05.2024
Azərbaycanın iqlim dəyişikliyi üzrə Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib
21:14 07.05.2024
“ÖLÜM AXTARAN QADIN” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
20:51 07.05.2024
Brüsseldə Azərbaycan-Ermənistan normallaşma prosesində regional dinamika müzakirə edilib
20:49 07.05.2024
İtaliyanın "Yuventus" klubu heyətini gücləndirib
20:34 07.05.2024
Avstriya XİN başçısı: NATO-ya üzv olmayacağıq
20:05 07.05.2024
Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib
19:50 07.05.2024
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkətin bərpa olunacağı vaxt açıqlanıb
19:30 07.05.2024
Həcc vizası olmayan şəxslər cərimə ediləcək
19:19 07.05.2024
Azərbaycan Slovakiya ilə standartlaşdırma üzrə birgə layihə reallaşdıracaq
19:00 07.05.2024
Slovakiyalı nazir: Bakı və Bratislava müdafiə sahəsində mümkün əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər
18:44 07.05.2024
Pakistanın Milli Müdafiə Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib
18:33 07.05.2024
Əli Əsədov Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib
18:24 07.05.2024
Denisa Sakova: “Slovakiya tədarükləri şaxələndirmək üçün Azərbaycan təbii qazına ümid edir”
18:07 07.05.2024
Slovakiya Baş nazirinin Azərbaycana səfəri BAŞA ÇATDI
17:50 07.05.2024
Ukraynadan gətirilən 20 ton ət yararsız çıxdı
17:36 07.05.2024
Bu xəstəxananın vəzifəli şəxsi həbs olundu - DETALLAR
17:27 07.05.2024
Zaxarova: "Londonun təhdidləri reallaşarsa, Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər"
Zaxarova: "Londonun təhdidləri reallaşarsa, Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər"
17:11 07.05.2024
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər – RƏSMİ
17:00 07.05.2024
Trampın məxfi sənədləri üzrə məhkəmə prosesi bu vaxt başlayacaq...
Trampın məxfi sənədləri üzrə məhkəmə prosesi bu vaxt başlayacaq...
16:46 07.05.2024
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət edib
16:35 07.05.2024
Azərbaycan vasitəçiliyi: Türkiyə ilə İsrail münasibətində yeni dövr? - MÜSAHİBƏ - VİDEO
16:35 07.05.2024
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
16:25 07.05.2024
Bolqarıstan Prezidenti Azərbaycana GƏLDİ
16:15 07.05.2024
Sumqayıtda təhsil müəssisəsində 250 minlik MƏNİMSƏMƏ - Cinayət işi açıldı
15:57 07.05.2024
Hamısı