ATƏT PA-da Azərbaycan əleyhinə olan təşəbbüslərin qarşısı alınıb

Siyasət 22:00 05.10.2023

ATƏT PA-nın növbədənkənar onlayn Büro iclasında Ermənistan və digər nümayəndə heyətlərinin Azərbaycana qarşı müəyyən tədbirlərin görülməsi, Qarabağ erməniləri ilə əlaqədar işçi qrupunun yaradılması ilə bağlı cəhdlərinin qarşısı alınıb, bu cür pozucu təşəbbüslər Büro tərəfindən rədd edilib.

Bu barədə Ednews-a Milli Məclisdən məlumat verilib.

Qeyd edilib ki, iclasın əsas mövzusu Cənubi Qafqazda baş verən son hadisələrin, xüsusilə Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən lokal antiterror tədbirləri və bundan irəli gələn vəziyyətin müzakirəsi olub.

ATƏT PA-nın prezidenti - Finlandiyadan olan deputat Pia Kauma qeyd edib ki, Qarabağdakı hazırkı vəziyyət və orada yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyinin qorunması ilə əlaqədar məsələləri müzakirə etmək, müəyyən addımlar atmaq məqsədilə bir sıra ölkələrdən olan büro üzvləri ona müraciət ünvanlayıb, bu məsələnin təxirə salınmadan müzakirə olunmasını xahiş ediblər.

Müzakirələr zamanı söz alan Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın İqtisadiyyat, elm, texnologiya və ətraf mühit məsələləri Baş Komitəsinin sədri, büro üzvü Azay Quliyev sentyabrın 19-20-də həyata keçirilən lokal antiterror tədbirlərinin səbəbləri, məqsədi və nəticələri barədə ətraflı məlumat verib.

Diqqətə çatdırılıb ki, ermənilərin davamlı təxribatlarına cavab olaraq başladılan və çox dəqiqliklə aparılan antiterror tədbirləri zamanı yalnız legitim hərbi hədəflər zərərsizləşdirilib, mülki əhaliyə və mülki infrastruktura heç bir zərər dəyməyib. A. Quliyev nəticədə qanunsuz erməni silahlı qüvvələrinin təslim olduğunu və oyuncaq rejimin özünü buraxdığını vurğulayıb. “Azərbaycanın Qarabağda suverenliyini tam və qəti olaraq bərpa etməsi işğaldan və işğal nəticəsində yaradılmış qanunsuz oyuncaq rejimlərdən əziyyət çəkən ATƏT-ə üzv olan ölkələr və ümumiyyətlə, dünya üçün çox gözəl nümunə və təcrübədir. ATƏT və ona üzv olan ölkələr 30 illik hərbi təcavüzə və işğala son qoyaraq beynəlxalq hüququ bərpa edən Azərbaycana minnətdar olmalıdır”, - deyə o vurğulayıb.

Azay Quliyev, həmçinin Qarabağ ermənilərinin guya “etnik təmizləməyə” məruz qaldıqları haqqında səslənən əsassız iddiaları konkret faktlarla rədd edib və müstəqil BMT missiyasının Qarabağa son səfərində bunun tam əksinin sübut olunduğunu bildirib.

Sonda ATƏT PA-nın prezidenti Pia Kauma və Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Kari Henriksen Ermənistan ilə Azərbaycan arasında etimadın yaradılmasına, Cənubi Qafqaza davamlı sülhün gətirilməsinə töhfə verməyə hazır olduğunu bildiriblər.

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Ramil İsgəndərli: "Müharibənin mənfi nəticələrinin aradan qalxmasında QHT-lərin çox böyük rolu oldu" - VIDEO
11:00 18.05.2024
ABŞ-dan Kiyevə QADAĞA
ABŞ-dan Kiyevə QADAĞA
10:52 18.05.2024
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
10:41 18.05.2024
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
10:30 18.05.2024
Mədəniyyət ocağının acınacaqlı vəziyyətə düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
10:30 18.05.2024
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
10:15 18.05.2024
Kirayə qaldığı evi satan kirayəçini neçə il həbs gözləyir? - Ekspertlərin RƏYİNDƏ
10:00 18.05.2024
Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO
09:40 18.05.2024
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
09:20 18.05.2024
Azərbaycanda ÜDM istehsalı 4 faizdən çox ARTIB – RƏSMİ
09:03 18.05.2024
Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Hamısı