Qranadada keçirilən zirvə toplantısında Fransa prezidenti Makron bildirib ki, Azərbaycana qarşı sanksiyaların tətbiqi effektiv olmayacaq, Bakı ilə dialoqu davam etdirmək lazımdır.
Bu, Fransanın geri addım atması kimi də qiymətləndirilə bilər. Bununlada Makron heç bir təzyiq mexanizmlərinin Azərbaycanın iradəsinə təsir etməyəcəyini anlayaraq, məsələyə başqa aspektdən baxmağı təklif edib.
Maraqlıdır, dünənə qədər erməni “təşəbbüskarı” olan Makron bütün dünyaya car çəkib Azərbaycana qarşı təzyiqlərin artırmağə tələb edərkən fikrini niyə dəyişdi?
Məsələ ilə bağlı Ednews-a danışan deputat Asim Mollazadənin vurğulayıb ki, Makron bir siyasi lider olsa da, bu meydanda böyük yanlışlıqlar edib. O, bildirib ki, Makronun atdığı bütün səhv addımları Aİ-nin əleyhinədir.
“O, erməni diasporasının göstərişi ilə sülhə qarşı çıxış edib. Makron hökumətinin hərəkətləri yenidən bölgədə müharibə, gərginlik yaratmaq istəyidir. Bu çox təhlükəlidir. Onun üçün Makron bunu anlayaraq geri addım atdı və ən azı gələcək addımlarını gizlətməyə, öz siyasətini ört-basdır etmək məqsədi daşıdı. Fransa bundan sonra da Ermənistanı silahlandırmağa davam edəcək. Onlar Ermənistanla oyun oynayacaqlar”.
Deputatın fikrincə, Fransanın sadəcə olaraq vəziyyəti dəyişdirməyə gücü çatmır:
“Əslində bu bir növ müstəmləkə siyasətinin davamı idi. Rusiyanın zəyiflməyi nəticəsində onlar bölgəyə girib Rusiyanı əvəzləmək istəyirlər. Fransa Afrikada tam məğlubiyyətə uğrayıb. Ona görə də hansısa bir yerdə qələbə qazanmaq istəyirdi. Gördü ki, Cənubi Qafqazda da bu siyasəti həyata keçirə bilmir. Buna görə də Makron geri çəkildi. Fransanın bundan sonra da hər hansı addımlar atacağı istisna deyil”.
Oğuz