"Regionda söz sahibi Azərbaycan, ifaçı isə Ermənistandır”.
Ednews xəbər verir ki, bu barədə analitik Sergey Melkonyan “Hraparak” nəşrinə açıqlamasında Qranada görüşü haqqında şərh edərkən söyləyib.
“İndi hər şey Ermənistanın əleyhinə baş verir, çünki Ermənistan heç nə etmək istəmir. Fərqi yoxdur, Moskvada, Vaşinqtonda, Brüsseldə olsun, hər şey Ermənistanın əleyhinə baş verir, çünki Ermənistan subyektdən amilə, sonra amildən obyektə çevrilib. Hazırda İran Azərbaycanla birgə hərbi təlimlər keçirəcək, yüksək səviyyəli görüşlər keçirilir, ümumi regionda məsələlər Ermənistansız həll olunur, çünki Ermənistan heç nə etmir”.
Şərhin sonunda Melkonyan bildirib ki, indi mövcud və ya potensial müttəfiq ölkələr Azərbaycanla əməkdaşlıq etmək istəyirlər.
“Çünki o, regionun gündəmini o həll edir, hətta alternativ gündəm də təklif etmir, yəni Ermənistanla danışıqların mənası yoxdur. Təbii ki, regionda söz sahibi Azərbaycan, ifaçı isə Ermənistandır”, - deyə Sergey Melkonyan bildirib.
Əkbər