İran prezidenti İbrahim Rəisi HƏMAS-ın İsrailə qarşı “Əqsa tufanı əməliyyatını” qələbə adlandırıb.
Ednews ntv-yə istinadən xəbər verir ki, Rəisi hücumla bağlı bildirdib ki, bu, saxta sionist rejimə qarşı müqavimətin təzahürüdür.
İran prezidenti İbrahim Rəisi HƏMAS və Fələstin İslami Cihad Təşkilatının lideri ilə telefonla danışıb. Prezident Rəisi HƏMAS-ın İsrailə qarşı təşkil etdiyi “Əqsa tufanı əməliyyatı” ilə bağlı təbrik mesajını çatdırıb.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası dünən fövqəladə iclas keçirib. İranın BMT-dəki missiyası HƏMAS-ın hücumlarında iştirak etmədiklərini bildirib.
İsrail İranın BMT-dəki missiyası tərəfindən HƏMAS-ın hücumuna görə məsuliyyət daşıyıb. Bu hücumun İsrailin illərlə davam edən işğalı və cinayətlərinin özünümüdafiə nəticəsi olduğu irəli sürülüb.
Açıqlamada, "Biz Fələstini dəstəkləyirik. Bununla belə, Fələstinin təşkil etdiyi hücumda iştirakımız yoxdur" ifadələri yer alıb.
Oğuz