Rusiya Dövlət Dumasının xarici dövlətlərin Rusiyanın daxili işlərinə müdaxiləsi faktlarının araşdırılması üzrə komissiyası MDB ölkələrinə Rusiya Federasiyasında arzuolunmaz 110 xarici qeyri-hökumət təşkilatının siyahısını və Rusiya xarici agentlərinin reyestrini verəcək.
Ednews xəbər verir ki, bu barədə komissiyanın sədri Vasili Piskarev jurnalistlərə açıqlamasında bildirib.
“Avrasiya məkanında təhdidlərin ümumiliyini nəzərə alsaq, bizim ötürdüyümüz məlumatlar MDB-nin hər bir dövlətində, o cümlədən seçkilər zamanı vəziyyətin sabitliyini pozmaq üçün xarici kəşfiyyat xidmətlərinin işinə maneə olmağa kömək edə bilər” – deyə o bildirib.