"15 oktyabrda hakimiyyət birinciliiyinə gələn İlham Əliyevin gücü söykəndiyi Heydər Əliyev kursunda olsa da sovet və müstəqillik illərində əvəzolunmazlaşan Ulu öndərin obrazı oğul Əliyevə həm də maneə idi. Uzun illər bir liderin idarəçilik üslubuna öyrəşən, onu ideallaşdıran və tərənnüm edən bir millət üçün “Heydər Əliyevdən sonra...” ifadəsi böyük bir boşluğu əks etdirirdi, rəhbərliyə kim gəlsəydi, ata Əliyevin kölgəsində qalacaqdı. Lakin İlham Əliyev nəinki əvvəlki siyasi irsi mexaniki təkrarlamadı, üstəlik rəngli inqilablar və qlobal təhlükələr dövründə onu daha da zənginləşdirdi, bəzən önə keçdi və 17 illik parlaq idarəçiliyi Zəfərə qovuşdurdu. Beləliklə, İlham Əliyev Ulu öndərin SSRİ və müstəqillik dövründəki rəhbər titiullarını xalqın nəzərində diri saxladı, onu mənəvi və siyasi baxımdan canlı tutdu".
Ednews xəbər verir ki, bu sözləri deputat Zahid Oruc Milli Məclisdəki çıxışında deyib. Onun sözlərinə görə, vaxtilə Konrad Adenauer kiçik qələbələrlə millətini məğlubiyyət şokundan çıxardığı kimi, İlham Əliyevin mədəniyyətdən idmana, sivilizasiyalararası dialoqdan humanitar forumlara qədər bütün tədbir və görüşlərinin, qərar və sərəncamlarının tək bir məqsədi vardı-torpaq bütünlüyü və suverenliyin təminatı:
"Son 300 ildə xalqımıza bəlalar gətirən yad ideologiyalar, baxışlar, dövlətlərarası sövdələşmələr, informasiya müharibələri və qlobal siyasi kampaniyalar onun müqavimət gücü ilə sonda iflasa uğradı. 87-ci ilin Humanite jurnalı, Abel Aqanbekyan, Mixail Qorbaçov və sovet elitası, 20 yanvarı alqışlayan Amerika və Fransa rəhbərləri, Qərb mediası, son 30 ildə əleyhimizə yer alan 100-lərlə qüvvə də indi məğlublar sırasındadır. Lakin qələbəmizin tərəfdarları daha çoxdur".
Ətrafı video-süjetdən izləyə bilərsiniz:
Oğuz