"Prezident İlham Əliyevin Ağdərədə, Xankəndidə, Sərsəng su anbarının ərazisində, Xocalı şəhərində, Əsgəranda, Xocavənd şəhərində ucaltdığı Azərbaycan bayrağı heç zaman enməyəcək".
Ednews xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı AMEA-da Türkiyə Xarici İşlər Təşkilatının "500 illik uğurlu diplomatiya: keçmişdən bu günə" adlı tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanında olub.
“Bu bayraq heç zaman enməyək. Cənab Prezident İlham Əliyevi, qardaş Azərbaycanı təbrik edirəm, zəfəriniz xeyirli olsun”, - deyə səfir əlavə edib.