Qondarma Qarabağın keçmiş "müdafiə naziri" kimi təqdim olunan Samvel Babayan Azərbaycandan ermənilər üçün muxtar vilayət istəyir.
Ednews xəbər verir ki, o, barədə Azatutyan nəşrinə verdiyi müsahibəsində bildirib.
Onun fikricə, görə əgər Azərbaycan ermənilərə muxtar vilayət statusu verməyə razılaşmasa onlar Qarabağa qayıtmamalıdırlar:
“İlk növbədə bizə bilmək lazımdır ki, Azərbaycan nəyə, nə kimi danışıqlara hazırdır. Əgər o bizim göndərdiyimiz paket çərçivəsində danışıqlara hazırdırsa, biz bu barədə deyəcəyik və bu danışıqları aparacaq şəxslərə səlahiyyətlər verəcəyik. Əgər bizə xüsusi status verilməsə, biz heç yerə getməyəcəyik və Qarabağ erməniləri qayıtmayacaqlar”.
Qeyd edək ki, Prezident İlham Əliyev Qarabağdakı etnik ermənilərə heç bir muxtariyyət verilməyəcəyini dəfələrlə vurğulayıb.
Xatırladaq ki, onlarda digər Azərbaycan vətəndaşları kimi Azərbaycan Konstitusiyasında olan bütün hüquqlara malik olacaqlar.
Əkbər Novruz