“Baş nazir Paşinyan, siz müharibə istəmirsiniz, amma Zelenskinin və Ukraynanın yolunu tutmusunuz. Hər çıxışınızda rusları müharibəyə təhrik edirsiniz, onları günahlandırırsınız”.
Ednews xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzetinin baş redaktoru Armine Ohanyan yazıb.
“Siz Bişkekə yox, Qranada və Strasburqa gedirsiniz. Siz Qarabağdakı qondarma rejimin məğlubiyyətinə və kapitulyasiyasına görə Rusiya və Putini günahlandırırsınız. Siz Belarus prezidentinin qatı düşməni ilə görüşürsünüz.
Bu addımlar təsirsiz ötüşmür. Sizin Azərbaycan və Türkiyədən heç də zəif olmayan yeni düşmənləriniz var. Qərb Zelenskini dəstəklədiyi kimi sizə də dəstək verməyə hazırdırmı?”, - məqalədə deyilir.