“İkinci Qarabağ müharibəsi dövründə Fransa açıq-aydın Ermənistanın tərəfini tuturdu, elə bilirdi ki, Afrikada bacardıqlarını Cənubi Qafqazda da bacaracaq".
Ednews xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Ankarada keçirilən “Qarabağ zəfərindən sonra Azərbaycan” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.
“2015-2016-cı illərdə bilirdik ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək iqtidarındadır. O vaxtdan etibarən rəsmi Bakı məsələnin dinc yolla həlli üçün çağırışlar edirdi. Amma Ermənistan buna razı olmadı. 2016-cı ildə Aprel döyüşləri göstərdi ki, Ermənistanla müharibə bizim üçün çətin deyil. Təəssüf ki, rəsmi İrəvan həmin 4 günlük döyüşlərdən də nəticə çıxarmadı”, - səfir qeyd edib.