MDB tamamilə dağılacaq – Ruslan Şevçenkodan XƏBƏRDARLIQ

Siyasət 15:30 19.10.2023

SSRİ-nin parçalanmasından sonra Müstəqil Dövlətlər Birliyi adı altında yeni siyasi və iqtisadi münasibətlərə qədəm qoyan postsovet ölkələrinin hər biri özündə eyni məqsədi daşımır. Bu ölkələrin hər birinin birlikdə özünəməxsus dərəcədə rolu və təsiri var.

Ednews-a bu barədə danışan Moldovanın “Tribuna” informasiya-analitik portalında siyasi təhlilçi, tarix elmləri doktoru Ruslan Şevçenko MDB ölkələri arasındakı siyasi-iqtisadi əlaqələrin hansı ölkəyə nə tərzdə təsir göstərdiyini qeyd edib:

“Qeyd edək ki, MDB-nin yaradılmasını onun yarandığı dövrün tələblərini diktə edirdi. SSRİ-nin dağılması öz növbəsində 15 yeni müstəqil dövlətin yaranmasına səbəb oldu. 
1990-cı illərdə sovet dövründə mövcud olan iqtisadi əməkdaşlıq öz təsirini SSRİ-nin dağılmasından sonra da göstərdi. Baltikyanı ölkələr isə, ümumiyyətlə MDB-yə qoşulmaqdan imtina edərək Aİ-na daxil olmaq kursunu təyin etdilər. Belarus isə heç vaxt öz seçiminə qərar verə bilmədi. 1994-cü ildə A.Lukaşenkonun hakimiyyətə gəlməsi Belarus siyasətçilərinin Moskvadan uzaqlaşmaq cəhdlərinə son qoydu. Belarus, hətta Rusiya Federasiyası ilə ittifaq dövləti olmağa məcbur oldu və iki ölkə öz aralarında sərhəd yaratmaqdan imtina etdi. Ukrayna və Moldova isə, daha oxşar addımlar ataraq, tədricən Aİ dövlətlərinə yaxınlaşmaq və sonradan Aİ-na qoşulmağı düşünürdülər. Son yarım il ərzində, Ukraynada müharibə başlayandan Moldova MDB çərçivəsində bütün razılaşmaları pozur və onu tərk etməyə hazırlaşır. Gürcüstan və Azərbaycan Rusiyadan yan keçən regional tranzit nəqliyyat marşrutlarına qoşulmaqla Aİ və Türkiyənin əsas ticarət tərəfdaşlarına çevrilməyə başladılar. Hətta 2008-cu ildə Gürcüstan MDB-dən çıxdığını elan etsə də, hələ də bir sıra postsovet sazişlərinə əməl edir”.

Mərkəzi Asiya...

Ekspert qeyd edib ki, Ermənistan bütün bu illər ərzində regionun ən çox Rusiya yönümlü ölkəsi olaraq qaldı. 

“Mərkəzi Asiyada Qazaxıstan “Rusiya mərkəzli” ölkə olaraq qalsa da, iqtisadiyyatında Avropa, Amerika və Çin bizneslərinin mövqelərinin güclənməsi ilə Rusiya Federasiyasından getdikcə uzaqlaşmağa başladı. Bu, K.Tokayevin hakimiyyətə gəlməsindən və Ukraynada müharibə başlayandan sonra xüsusilə nəzərə çarpdı. Özbəkistan, Qırğızıstan və Tacikistan hələ də MDB-dən çıxmağa tələsmirlər, çünki onlar əsas Şərq qonşuları olan Çindən daha çox asılı olacaqlarından ehtiyat edirlər”.

Screenshot_1.png

Türkiyə amili...

Ruslan Şevçenko vurğulayıb ki, bəzi dövlətlər Çinin təsirini bir növ balanslaşdırmaq üçün Türkiyəyə yaxınlaşırlar ki, bu da Türkiyə ilə “Böyük Turan” illüziyası ittifaqının planlarını qurmağa imkan verir. 

“Lakin Zəngəzur dəhlizi Azərbaycanın nəzarətinə keçdikdən sonra o, praktiki müstəviyə keçməyə başlayacaq. Çünki Qarabağ münaqişəsi, bu möhtəşəm regional layihənin inkişafına mane olan bir neçə ciddi maneələrdən biri idi. Türkmənistan hələ də bu məsələdə öz mövqeyini açıqlamır, həm Kremlin, həm Çin, həm də Türkiyənin təsirindən uzaq durmağa çalışır. MDB-də qalmağı güclü ən iqtidarlı şəkildə davam etdirən ölkələr Belarus, Qırğızıstan, Tacikistan, Qazaxıstan və Ermənistandır”.

Asılı qalan Ermənistan...

MDB daxilində hansı ölkənin qurumdakı qarşılıqlı münasibətlərdən daha çox asılı olduğunu soruşduqda, tarix elmləri doktoru Ermənistanın həm siyasi, həm də iqtisadi baxımdan təşkilatdan ciddi dərəcədə asılı olduğunu bildirdi.

“MDB ölkələri arasında Ermənistan, ittifaq çərçivəsində iqtisadi tərəfdaşlıqdan həmişə ən çox asılı olan ölkə olub və belə görünür ki, uzun müddət elə qalacaq. Azərbaycanla Qarabağ münaqişəsinin yaranması, eyni səbəbdən Türkiyə ilə sərhədləri bağlanması və Gürcüstanla münasibətlərinin gərginləşməsinə görə hazırda Ermənistanın siyasi vəziyyəti hələki özünün durğunluq dövrünü yaşayır. İqtisadi və siyasi cəhətdən təcrid olunmuş vəziyyətdə olan ölkə, regionun əsas nəqliyyat yollarından məhrum olmuş və Rusiya Federasiyasının Azərbaycanla müharibə olacağı təqdirdə ona dəstək verəcəyi ümidi ilə qəti şəkildə rusiyapərəst kursa getməyə məcbur olub.

Screenshot_5.png

Lakin Rusiya Federasiyasına olan ümidlər tamamilə iflasa uğradı. Nə ikinci Qarabağ müharibəsi zamanı, nə də Azərbaycanın 19-20 sentyabr 2023-cü il tarixlərində həyata keçirdiyi antiterror əməliyyatı zamanı Rusiya Ermənistana ciddi dəstək vermədi. Yalnız indi, Azərbaycanla sülh müqaviləsinin imzalanması, Qarabağın Azərbaycan Respublikasının ayrılmaz hissəsi kimi tanınması və “Zəngəzur dəhlizi” məsələsinin həlli ilə Ermənistanın bu könüllü təcriddən çıxmaq şansı var”.

Rusiyanın azalan gücü...

Siyasi ekspert MDB-də Rusiyanın azalmaqda olan təsirindən də danışıb.

“1990-cı illərdə Rusiya ilk növbədə MDB ölkələri ilə sosial-iqtisadi əlaqələrə arxalanaraq, sürətlə inkişaf etmişdi. Həmin dövrdə ölkələr arasında minlərlə dövlətlərarası sazişlər bağlanaraq, postsovet məkanı dövlətləri arasında bir çox istiqamətlərdə əməkdaşlığı gücləndirdi.
Lakin 2000-ci ildə Rusiyada V.Putin hakimiyyətə gəldikdən sonra, Rusiya getdikcə daha çox iqtisadi təzyiq metodlara, sırf iqtisadi məsələlərin siyasiləşdirilməsinə, siyasi güzəştlərdən imtinaya görə iqtisadi sanksiyaların tətbiqinə başladı.
Rusiya Federasiyası Gürcüstan və Ukraynaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyə başladı. Bu cür siyasi təzyiq üsulları sadəcə olaraq, keçmiş SSRİ dövlətlərini Rusiyadan uzaqlaşdırdı.  Bu adı çəkilən ölkələr üçün MDB-dən başqa iqtisadi ittifaqların axtarışını stimullaşdırdı. Bu ölkələrin Aİ-na yaxınlaşması məsələsi son illərdə daha da ciddiləşib. Bu baxımdan Rusiya Federasiyasının aparıcı rolu sürətlə azalır. Məsələn, əgər 2014-cü ilə qədər Rusiya Federasiyası ilə ticarət Moldovanın ixrac və idxalının 50-60%-ni, bəzi sənaye sahələrində isə daha çoxunu təşkil edirdisə, indi isə, bu rəqəmlər azalma tendensiyası ilə 15-20%-ə düşüb”. 

Screenshot_6.png

Şevçenko MDB-nin gələcəyi ilə bağlı öz analizlərini paylaşaraq Böyük Turan konsepsiyasına da toxunub. O, qeyd edib ki, əslində, SSRİ-nin dağılmasından 32 il sonra bu günə qədər MDB çərçivəsində iqtisadi əməkdaşlıq yalnız Belarus, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Ermənistan və Qazaxıstan tərəfindən daha çox dəstəklənib. 

“Hətta, bu ölkələrin də bir çoxu mövcud vəziyyətə alternativ tapa bilmədikləri üçün tab gətirirlər. MDB-də mövcud olan azad ticarət zonası bu ölkələr üçün çox vacibdir. Buna baxmayaraq, “Böyük Turan” iqtisadi layihəsinin meydana çıxması, bəlkə də, Belarus istisna olmaqla, bütün bu ölkələri yavaş-yavaş Türkiyə tərəfinə cəlb edəcək. Ukraynanın da Aİ-na qoşulması halında Rusiya üzərində təsirə sahib olduğu keçmiş SSRİ ölkələrini əldən buraxa bilər. 
Rusiya Federasiyasının asılılığında yalnız Belarus qalacaq və bu, V.Putinin siyasi səhnədən getməsindən sonra Belarusun Qərbə yaxınlaşmasını stimullaşdıracaq. Bu halda MDB tamamilə dağılacaq, bəlkə üzv ölkələr sadəcə olaraq, iqtisadi əlaqələrini qoruyacaqlar. Hədisələrin gedişatından bəlli olduğu ki, keçmiş SSRİ dövlətlərinin yavaş-yavaş Rusiyadan uzaqlaşaraq Aİ-na yaxınlaşması daha ciddi hal alacaqdır”.

 

Fərid Axundov

İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
14:44 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:40 09.05.2024
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
14:27 09.05.2024
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
14:20 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:18 09.05.2024
Türkiyənin Müdafiə Nazirliyi: Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçirəcəyik
14:00 09.05.2024
Türkiyə COP29-da iqlim dəyişikliyi ilə bağlı "yol xəritəsi"ni açıqlayacaq
13:40 09.05.2024
PSJ baş məşqçisi ilə bağlı qərar verib
PSJ baş məşqçisi ilə bağlı qərar verib
13:20 09.05.2024
Ərdoğan: Aİ Türkiyə ilə əlaqələrə zərbə vura biləcək siyasətdən imtina etməlidir
13:00 09.05.2024
Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, yeddi polis saxlanılıb
12:40 09.05.2024
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO
12:20 09.05.2024
“İrana qarşı müharibə başladıla bilər...” – Türkiyəli Politoloq
12:00 09.05.2024
Moskvada Qələbə paradı keçirilir
Moskvada Qələbə paradı keçirilir
11:50 09.05.2024
Bu mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək – SİYAHI
11:35 09.05.2024
Bəzi ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava
11:30 09.05.2024
Bu şəxslərə 2000 manat ÖDƏNİLDİ – RƏSMİ
11:15 09.05.2024
İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib
11:01 09.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
10:45 09.05.2024
Onlayn alış-verişlə bağlı dələduzluq edən 21 yaşlı gənc SAXLANILDI
10:30 09.05.2024
Bayden ABŞ-ın İraq və Əfqanıstanla bağlı səhvlərini ETİRAF ETDİ
10:15 09.05.2024
İkinci Dünya Müharibəsinin iştirakçısı: "Sevincimdən özümü ikinci mərtəbədən atdım" - MÜSAHİBƏ
10:00 09.05.2024
Hamısı